Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-167/2026 19.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X11 oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X4 iştirakları ilə X1 barəsində Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 10 sentyabr 2025-ci il tarixli X19 MN ******* nömrəli qərarın, həmin qərar əsasında Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi və X19 iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 10 sentyabr 2025-ci il tarixli X19 MN ******* nömrəli qərarın, həmin qərar əsasında Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi və X19 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclasında göstərmişdir ki, o, Tərtər avtovağzalının həyətində evinə su aparmaq üçün gözləmişdir. Ona yaxınlıqdakı yarpaq xəzəllərini yandırması bildirilmişdir. O da həmin yarpaq xəzəlini yandırmışdır. Həmin vaxt Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ona yaxınlaşaraq yandırdığı yarpaq xəzəlinin üzərinə su töküb söndürməsini demişdir. O da yandırdığı yarpaq xəzəlinin üzərinə su töküb söndürmüşdür. Bundan sonra çıxıb getmişdir. Bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə ilə bağlı qərar qəbul edilmiş və cərimə edilmişdir. Ona məktub poçt vasitəsi ilə göndərilmiş, lakin evdə məktubu tapmamışdır. Bundan sonra ona Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsindən mobil telefon vasitəsi ilə zəng gəlmiş və nəyə görə Ağcabədi şəhərində yerləşən İdarəyə gəlməməsinin səbəbləri soruşulmuşdur. Məcburi köçkündür, oğlu müharibə veteranıdır. Həmin məbləğdə cəriməni ödəməyə maddi imkanı olmadığını və göstərdiklərinin nəzərə alınıb cərimənin azaldılmasını xahiş etmişdir. Barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında ərizəni qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin monitorinq üzrə baş məsləhətçisi vəzifəsində işləyir. Şikayətçinin dediyi kimi o, özü yandırmanı həyata keçirib.Yanğını söndürməni də ekalogiyanın əməkdaşlarının göstərişi ilə söndürmüşdür. xx.xx.2025-ci il tarixli Nazirlər Kabinetinin 74 nömrəli qərarının 7.1-ci maddəsində konkret olaraq göstərilir ki, tullantıların zərərsizləşdirilməsi ancaq xüsusi ayrılmış yerlərdə xüsusi qurğularda həyata keçirilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində konkret olaraq göstərilmişdir ki, şəxsin göstərdiyi əməl ətraf mühitin tələblərinin pozulmasıdır ki, əməli özü də etiraf etmişdir. Ona görə Azərbaycan Respublikasının İstehsalat Tullantılar haqqında Qanunun 12-ci maddəsi və xx.xx.2025-ci il tarixli Nazirlər Kabinetinin 74 nömrəli qərarının 7.1-ci maddəsinə əsasən şikayətçinin şikayətinin nəzərə alınmamasını və qərarın qüvvədə qalmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş seriya AA № 275359 nömrəli məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, X18 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarına əlavə edilmiş M/V № 151021 nömrəli vəsiqəsinin surətindən görünür ki, X2 Müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixdə tərtin edilmiş 92338 saylı AKT-ın təsdiq edilmiş surətindən görünür ki, 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinə daxil olan Tərtər rayon ərazisində keçirilən reyd zamanı Tərtər rayonu Heydər Əliyev prospekti ünvanında yerləşən Avtovağzal kompleksinin həyətyanı ərazisində məişət tullantılarını qalaqlanması və bir nəfər şəxs tərəfindən yandırılması zamanı aşkar edərək həmin şəxsə yaxınlaşaraq məişət tullantılarını yandıran şəxslə sorğu apararkən özünü şifahi olaraq Ağtovağzal kompleksinin işçisi kimi X18 olaraq təqdim etmişdir. X13 məişət tullantılarını qalaqlanması və yandırılmasının qanunsuz olduğu izah edilərkən onlara ikinci şəxs yaxınlaşaraq özünü şifahi olaraq Avtovağzal kompleksinin direktoru kimi təqdim edən şəxs hımin məişət tullantılarının yandırılmasına onun tərənfindən göstəriş verildiyini bibldirdi və ərazni tərk etmək tələb edildi. X18 Azərbaycan Respublikasının İstehsalat Tullantılar haqqında Qanunun tələblərini pozaraq inzibati xəta törətmişdir. Yuxarıda qeyd edilən faktlarla bağlı fotoşəkillər çəklimişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli X19 protokolun təsdiq olunmuş surətindən görünür ki, Tərtər şəhəri H.Əliyev prospekti ünvanında yerləşən Avtovağzal kompleksinin həyətində məişət tullantılarının X18 tərəfindən yandırılması faktı aşkar edimiş, xx.xx.2025-ci il tarixdə saat 17:27 radələrində nətəcədə onun tərəfindən Azərbaycan Respublikası İXM-in 271-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 92338 saylı AKT və ərazidən çəkilmiş fotoşəkillər ilə təsdiq edilmişdir. Fiziki şəxs X18 heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Eləcə də protokolda X13 bu barədə hüquqları inzibati protokol tərtib etmiş şəxs tərəfindən izah edilmiş, lakin protokola səbəb göstərmədən imza etməkdən imtina etmişdir. Protokolun surəti X13 götürməsini təklif edilmiş, lakin səbəb göstərmədən protokolu götürməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 155199 saylı X19 işin baxılmağa hazırlanması barədə qərardadın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış, inzibati xəta faktı aşkar edilmişş və bu barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 92338 №-li aktı, İnzibati Xətalar Məcəlləsiin 271-ci maddəsinə əsasən Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X18 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikası vətəndaşı, Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X18 barəsində inzibati işə baxılması üçün xx.xx.2025-ci il tarixədək 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin bunasında baxılması təyin edilməlidir. Şərh olunanlara əsasən işin baxılması xx.xx.2025-ci il tarixinədək 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin binasına təyin edilmiş və barəsində X19 iş üzrə icraat aparılan X9 işin baxılmasında iştirak etməsi üçün çağırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 155199 saylı X19 işin baxılmağa hazırlanması barədə qərardadın təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X18 barəsində X19 işin baxılması bir ayadək uzadılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X13 ünvanlanmış mətubun tsdiq edilmiş surətindən görünür ki, İlyas Cəbiyevə Azərbaycan Respublikasının İXM-in 271-ci maddəsi ilə tərtib olunmuş, inzibati materialların baxılması üçün xx.xx.2025-ci il tarixədək iştirak etməsi xahiş olunmuşdur. Eləcə də İlyas Cəbiyevə qeyd olunan tarixidək işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə Qanunveriiciliyin tələbinə əsasən işə iştirakı olmadan baxılacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X18 xx.xx.2025ci il tarixdə saat 17:27 radələrində Tərtər şəhər prospektində yerləşən Avtovağzalın həyətində məişət tullantılarını qalaqlayıb yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl etməmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmiş və 500 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinə ünvanladığı məktubun təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon X20 rayon Xoruzlu kəndində qeydiyyatda olan X6 və Ağdam rayon Qarapirim kəndində qeydiyyatda olan X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tərtib edilmiş X19 protokol və toplanmış material həmin Məcəllənin 44 və 103-cü maddələrinə əsasən aidiyyəti üzrə göndərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 3-12- 113/2-13906/2025 və xx.xx.2025-ci il tarixli 3-13-113/2-13907/2025 nömrəli müraciətinə 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar MəcəlləsininTəsdiq Edilməsi Haqqında Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 96-VĞ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 795 nömrəli fərmanına əsasən 5.11-ci bəndinə əsasən İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyi baxır. Həmin Fərmanın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baxdığı inzibati xətanın konkret olaraq maddələri göstərilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi həmin siyahıya daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən 500 manat cərimə və 300 manat dəbbə məbləğinin, cəmi 800 manat vəsaitin Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X7 alınıbİdarənin bank hesabına ödənilməsinə dair Qərar icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 3-14-48/2-009/2026 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarı 3-14-48/2-009/2026 nömrəli məktubla X13 göndərilmişdir. Həmin qərarla 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən 500 manat cərimə və 300 manat dəbbə məbləğinin, cəmi 800 manat vəsaitin Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X7 alınıb İdarənin bank hesabına ödənilməsinə dair Qərar icra olunması üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 6-İP/4826-003 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Tərtər Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı məktubun təsdiq olunmuş surətindən görünür ki, 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsində xx.xx.2025-ci il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X18 barəsində qəbul edilmiş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi barədə qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarı məcburi icra edilməsi üçün Tərtər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qərar icra olunarkən tətbiq olunan 500 manat və 300 manat dəbbə məbləğinin, cəmi 800 manatın 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin cari hesabına ödənilməsini təmin etməsi və görülmüş tədbirin nəticəsi barədə 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli qərarı 3-14-48/2-009/2026 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsində xx.xx.2025-ci il tarixdə Tərtər rayon Şıxarx qəsəbəsi bina 3 ünvanında yaşayan X18 barəsində qəbul edilmiş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi barədə qəbul edilmiş xx.xx.2026cı il tarixli qərarın surəti inzibati xəta törətmiş şəxs X13 poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarı 3-14-48/2-009/2026 nömrəli məktubla X13 göndərilmiş və xəbərnaməyə imza edilərək məktub qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkilin surətində tullantı qalıqlarının yandırılması, tüstüləndiyi və yaxınlıqda olan oturacaqda X9 əyləşdiyi əks olunmuşdur. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin və barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsinin izahatlarını, dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən X19 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, X19 iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:27 radələrində X18 tərəfindən Tərtər şəhəri H.Əliyev prospekti ünvanında yerləşən Avtovağzal kompleksinin həyətində məişət tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edimişdir. X21 tərəfindən Azərbaycan Respublikası İXM-in 271-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə onun barəsində Azərbaycan Respublikasının İXM-in 271-ci maddəsi ilə X19 protokol tərtib olunmuş, inzibati materialların baxılması üçün xx.xx.2025-ci il tarixədək onun iştirak etməsi xahiş olunmuşdur. Eləcə də İlyas Cəbiyevə qeyd olunan tarixidək işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə Qanunveriiciliyin tələbinə əsasən işə iştirakı olmadan baxılacağı bildirilmişdir. Bundan sonra inzibati xəta törətmiş şəxs İlyas Cəbiyev barəsində xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 500 manat cərimə edilmişdir. Göstərilən faktlar məhkəmə iclasında elan olunmuş mötəbər sübutlarla, eləcə də inzibati xəta törətmiş şəxs İlyas Cəbiyevin məhkəmə iclasında verdiyi etiraf edici ifadəsi və barəsində şikayət verilmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında şikayətə qarşı təqdim etdiyi dəlil-sübutları ilə şikayətin əsassız olmasını tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasənt ullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. X19 iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X9 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, inzibati xəta törətmiş şəxs X9 barəsində qəbul edilmiş MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati tənbeh vermə haqqında qərara baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X9 barəsində Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X8 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar və inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X9 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X9 barəsində Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X8 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar və inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2026-cı il tarixli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X8 qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar və inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında xx.xx.2026-cı il tarixli Qərarın ləğv edilməsi barədə Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(5-162)-167/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-167/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver