Məhkəmə qərarları › İş №3(5-162)-189/2026

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-189/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-189/2026 24.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X3 oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə daxil olmuş inzibati xətta haqqında protokol və ona əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs döyərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə bir-birini qarşılıqlı şəkildə döymələri faktı ilə əlaqədar Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Nihal Qaraşov tərəfindən araşdırma aparılmış, materialda cinayət tərkibi olmadığı üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərar qəbul edilərək hər ikisinin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Həmin qərara əsasən Şəxs ... barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Nihal Qaraşov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026cı il tarixli qərarla razı deyildir. Ona görə də həmin qərardan Tərtər rayon prokurorluğuna şikayət vermişdir. Hazırda onun şikayəti üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır. İşdə olan Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Nihal Qaraşov tərəfindən HQK-1/2220 və 2227 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs xx.xx.2026cı il tarixdə bir-birini qarşılıqlı şəkildə döymələri faktı ilə əlaqədar Tərtər RPŞ-də araşdırma aparılmış, materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs döyməkdə təqsirləndirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan məhkəmə prosesinin gedişində məhkəmənin sorğusuna əsasən xx.xx.2026-cı il tarixli məktubla Tərtər Rayon Məhkəməsinə göndərilən Tərtər rayon prokuroru Fuad Məmmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və material üzrə əlavə yoxlama aparılması haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Tərtər RPŞ-nin TB-də araşdırılmış HQK-1/2220 və 2227 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar əsassız olduğu üçün ləğv edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ilə Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixdə bir-birini qarşılıqlı şəkildə döymələri faktı ilə əlaqədar Tərtər RPŞ-də HQK-1/2220 və 2227 nömrəli material üzrə təhqiqatçı Nihal Qaraşov tərəfindən araşdırma aparılmış, materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və onların hər ikisinin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Bundan sonra həmin qərar əsasında Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən xx.xx.2026-cı il tarixli qərardadla inzibati xətaya dair iş üzrə icraat başlanmış və Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilmiş və əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, sözügedən xx.xx.2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş “cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs ilə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi” haqqında xx.xx.2026-cı il tarixli qərar Tərtər rayon prokuroru Fuad Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarla əsassız hesab edilərək ləğv olunmuşdur. Yəni xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş qərar artıq mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İşin yuxarıda müəyyən olunmuş hallarından göründüyü kimi Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilməsinə əsas olmuş “cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs ... barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi” haqqında xx.xx.2026-cı il tarixli qərar Tərtər rayon prokuroru Fuad Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarla əsassız hesab edilərək ləğv olunmuş və materialın əlavə yoxlama aparılması üçün Tərtər RPŞ-yə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinə gətirib çıxara xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən onun təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan, yəni əsassız olan və bu səbəbdən ləğv olunan “cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs ... barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə tədbir görülməsi” haqqında xx.xx.2026-cı il tarixli qərardan istifadə edilmişdir. Ona görə də Şəxs qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə olunmaqla tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında inzibati xətaya görə məsuliyyətə cəlb edilə bilməz və onun barəsində olan hazırki inzibati xəta haqqında işin icratına həmin əsasa görə, yəni Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.2, 114, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(5-162)-189/2026 saylı işin icraatına Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar