Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-222/2026 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X1, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Tərtər rayonu Bayandur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, deməsinə görə ailəli, əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Bayandur kəndində qeydiyyaytda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 70300 (yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. Borclu icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu kimi ondan tələbkar X2 70300 (yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. Maddi vəziyyəti və işsizliyinə görə borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə tərəfindən borcunun ödənilməsi barədə ona şərait yaradılsa, məhkəmə iclası təxirə salınsa belə borclarını tam şəkildə ödəyə bilməyəcəkdir. Həmin borcundan yalnız 2000 manatını qısa müddətə ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. İcra sənədi üzrə tələbkar X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar kimi ona 70300 (yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. Lakin hazırki vaxta kimi Şəxs ona bir manat da olsun belə ödəniş etməmişdir. Belə ki, borclu Şəxs borcunu ödəməyə imkanı yoxdursa ona satdığı obyektini geri qaytarsın, həmin obyektə çəkdiyi xərclərini artıqlaması ilə ödəməyə hazırdır. Əks təqdirdə borclu Şəxs borclu olduğu 70300 mantın 2000 manatı deyil, həmin məbləğin yarısını ödəsə belə ona möhlət verilməsinə razı deyil, borcunun tam şəkildə ödəmədiyi halda barəsində qanuni tədbir görülməsini məhəmədən xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 70300 (yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Hazırda borclu Şəxs icra sənədi üzrə tələbkar X2 70300 manat borcu vardır. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 70300 (yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Tərtər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(061)-486/2025 saylı icra sənədinə əsasən borclu Şəxs oğlundan tələbkar X3 70300(yetmiş min üç yüz) manat pul vəsaiti alınaraq verilməlidir. Borclu icra sənədinin icrası ilə əlaqədar Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədinin tələblərinə məhəl qoymaraq borcunu ödəməkdən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 18:48-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(5-162)-222/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-222/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver