Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-234/2026 03.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Bəyimsarov kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012-3416/2025 saylı icra sənədi üzrə borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbkara 4000 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012- 3416/2025 saylı icra sənədi üzrə borclu kimi ondan 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Onun icra sənədi üzrə tələbkara 4000 manat borcu vardır. Maddi imkanı olmadığından tələbkara borcunu ödəyə bilməmişdir. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən borcunun ödənilməsi üçün möhlət verilsə belə həmin borcu nə tam şəkildə nə də yarısını belə ödəyə bilməyəcəkdir. Vəziyyətini nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012-3416/2025 saylı icra sənədi üzrə borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbkara 4000 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də barəsində tərtib etdiyi protokolu müdafiə edir, qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012- 3416/2025 saylı icra sənədindən görünür ki, borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. İş materiallarından aydın olur ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, borclunun izahatı alınmışdır. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatını, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012-3416/2025 saylı icra sənədi üzrə borclu Şəxs 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbkara 4000 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 03 fevral 2026-cı il tarixdən saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(5-162)-234/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-234/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver