Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-310/2026 16.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Laçın rayonu Şamkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 14 fevral 2026-cı il tarixdə saat təxminən 19:40 radələrində Tərtər şəhər Nizami küçəsində ictimai qaydanı kobud surətdə pozamaqla xırda xuliqanlıq edərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə tabesizlik göstərmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, 14 fevral 2026-cı il tarixdə saat təqribən 19:30 radələrində iş yoldaşının toy məclisindən çıxıb evə gedərkən toyda dostları ilə spirtli icki icdiyindən sərxoş halda olmuşdur. Sərxoş halda işlədiyi pambıq məntəqəsinin qarşısı ilə piyada gedərkən ictimai yerdə telefonla danışarkən əsəbi halda olduğu üçün uca səslə söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb ona sakitləşməyi bildiriblər. Sərxoş olduğundan, hərəkətlərini dərk etmədən uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə tabesizlik göstərmişdir. Buna görə də onu məcburi RPŞ-nə aparıblar. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Şəxs barəsində ona təqdim olunmuş raport əsasında onun tərəfindən protokol tərtib etmişdir. Raport və iş materiallarından aydın olmuşdur ki, X4 14 fevral 2026-cı il tarixdə saat təxminən 19:40 radələrində Tərtər şəhər Nizami küçəsində ictimai qaydanı kobud surətdə pozamaqla xırda xuliqanlıq edərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə tabesizlik göstərmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. X2 barəsində tərtib olunmuş protokola imza etmiş, lakin izahat verməkdən imtina etmişdir, bu barədə protokol tərtib olunmuşdur. Protokolu əsaslı hesab edərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in YPXB-nün baş inspektoru X6 izahatında göstərmişdir ki, 14 fevral 2026-cı il tarixdə saat 19:40 radələrində YPX-in inspektoru polis baş serjantı X5 ilə Tərtər şəhər Nizami küçəsində dislokasiya üzrə xidmətdə olarkən bir nəfər şəxsin küçədə uca səslə qışqıraraq ünvansız söyüşlər söyməsini görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsi nizam-intizama dəvət edib sakit olmasını və ictimai qaydanı pozmasını izah etmişlər. Lakin həmin şəxs “sakit ol, sakitləş” qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək qəsdən tabesizlik göstərməyə başlamışdır. Bundan sonra həmin şəxsi RPŞ-nə izahatının alınması üçün gətirib, bu barədə raportla rəhbərliyə müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 14 fevral 2026-cı il tarixdə saat təxminən 19:40 radələrində Tərtər şəhər Nizami küçəsində ictimai qaydanı kobud surətdə pozamaqla xırda xuliqanlıq edərək onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və öz hərəkətləri ilə tabesizlik göstərmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İşdə olan X8 Haqqında Tərtər Rayon Polis Şöbəsinin 14 fevral 2026-cı il tarixli protokolundan görünür ki, Şəxs 14 fevral 2026-cı il tarixdə saat 20:00-də inzibati qaydada tutulmuşdur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilən halları, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında olan həbs inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2026-cı il saat 20:00-dən inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (yüz əlli) manat müəyyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(5-162)-310/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-310/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver