Məhkəmə qərarları › İş №3(5-162)-312/2026

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-312/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-312/2026 17.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Tərtər rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Kəbirli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinin 2(061)-1120/2023 saylı, 2(061)-394/2015 saylı və 2(061)- 1057/2021 saylı icra sənədləri üzrə borclu Şəxs ümumilikdə olan 21908 manat borcu ödənilməmişdir. Borclu Şəxs tələbkarlara üç icra sənədləri üzrə 21908 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1120/2023 saylı, 2(061)-394/2015 saylı və 2(061)-1057/2021 saylı icra sənədləri üzrə borclu kimi onun ümumilikdə olan 21908 manat borcu ödənilməmişdir. Tələbkarlara üç icra sənədləri üzrə 21908 manat borcu vardır. Maddi imkanı olmadığından tələbkarlara borcunu ödəyə bilməmişdir. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən borcunun ödənilməsi üçün möhlət verilsə belə həmin borcu nə tam şəkildə nə də yarısını belə ödəyə bilməyəcəkdir. 21908 manat borcundan 1000(bir min) manatını ödəyə biləcəyini və gələcəkdə işləyib əmək haqqı alıb ay bə ay ödəniş edəcəyini bildirmişdir. Vəziyyətini nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1120/2023 saylı, 2(061)-394/2015 saylı və 2(061)-1057/2021 saylı icra sənədləri üzrə borclu Şəxs ümumilikdə olan 21908 manat borcu ödənilməmişdir. Borclu Şəxs tələbkarlara üç icra sənədləri üzrə 21908 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Şəxs barəsində axtarış qərarı qəbul edilmiş, məhkəmə iclasında onun iştirakı axtarış qərarı əsasında təmin olunmuşdur. Məhkəmə iclasındakı izahatı inandırıcı deyil, icradan yayınmaq məqsədi daşıyır. Ona görə də barəsində tərtib etdiyi protokolu müdafiə edir, qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2(061)-394/2015 saylı icra sənədindən görünür ki, borclu Şəxs 1405,14 manat əsas borc, 499,79 manat cərimə, 30 (otuz) manat dövlət rüsumu, cəmi 1934,93 (bir min doqquz yüz otuz dörd manat doxsan üç qəpik) manat pul alınaraq iddiaçı "xxxx" MMC-ə verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(061)-1057/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs 5800 (beş min səkkiz yüz) manat pul və iş üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi və məhkəmə-xətşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 126(yüz iyirmi altı) manat dövlət nəfinə tutulması qeyd olunmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(061)-1120/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs borca görə 15000manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat cəmi 15135 manat pul tutulaq iddiaçı X2 verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, borclunun izahatı alınmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinmin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, borclu Şəxs Tərtər rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin olunmuşdur. İşdə olan Tərtər Rayon Məhkəməsinmin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Tərtər rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin olunmuşdur. İşdə olan Tərtər rayon İcra və Probasiya Şöbəsinin 01 mart 2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatını, eləcə də icra materialları ilə müəyyən edilir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-394/2015 saylı, 2(061)-1057/2021 saylı və 2(061)-1120/2023 saylı icra sənədləri üzrə borclu Şəxs ümumilikdə olan 21908 manat borcu ödənilməmişdir. Borclu Şəxs tələbkarlara üç icra sənədləri üzrə 21908 manat borcu vardır. Borclu Şəxs həmin aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs məhkəmə tərəfindən borcunun ödənilməsi üçün möhlət verilsə belə həmin borcu nə tam şəkildə nə də yarısını belə ödəyə bilməyəcəyini, 21908 manat borcundan 1000(bir min) manatını ödəyə biləcəyini və gələcəkdə işləyib əmək haqqı alıb ay bə ay ödəniş edəcəyini bildirmişdir. Məhkəmə borclu Şəxs bu məzmunda izahatını növbəti dəfə onun Tərtər Rayon Məhkəməsinin 2(061)-394/2015 saylı, 2(061)-1057/2021 saylı və 2(061)- 1120/2023 saylı icra sənədləri üzrə ümumilikdə olan 21908 manat borcu ödəməkdən yayınması kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 17 fevral 2026-cı il tarixdən saat 16:29-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar