Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(5-162)-326/2026 20.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon Polis Şöbəsinin əməkdaşı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Tərtər rayon Polis Şöbəsi tərəfindən Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı müəyyən edilmişddir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, inzibati xəta protokolda Şəxs yaşayış ünvanı Tərtər şəhəri, Ə.Paşayev kimi göstərilsə də, işin məhkəmə baxışına hazırlanması zamanı əldə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarına dair elektron çıxarışdan müəyyən olunmuşdur ki, Şəxs yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 15 ünvanıdır. (Telefon əlaqəsi zamanı Şəxs özü də qeydiyyatda olduğu və yaşadığı ünvanın ünvan 2işdir). Azərbaycan Respublikası İXM-nin 106.0 və 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını yoxlamalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xətalar barədə cərimələrin tətbiqi barədə qəbul edilmiş qərarlar inzibati xəta törətmiş şəxsin yaşadığı yer üzrə icra olunduğu üçün həmin qərarın icra edilmədiyi təqdirdə şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş olur. Bu halda əməlin törədilmə yeri həmin şəxsin yaşadığı (qeydiyyatda olduğu) yer hesab edilir. Ona görə də məhkəmə iş materiallarını nəzərdən keçirib yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Tərtər rayon Polis Şöbəsinin əməkdaşı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün inzibati orqan tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Ona görə də sözügedən inzibati xəta haqqında protokol icraata götürülməməli və aidiyyəti üzrə göndərilməsi üçün Tərtər rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X2 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 110.1 və 110.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə göndərilməsi üçün Tərtər Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(5-162)-326/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(5-162)-326/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver