Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-331/2026 05.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkən şəxs (tələbkar) X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, “Neftçi İnşat” da fəhlə işləyən, subay, Tərtər şəhəri, Elman Səfərov küçəsi, bina 54, mənzil 32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şadman Dəmirov xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində (345 x 0.44 = 151.80 manat ) alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs icra sənədinin tam icrasını təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmədiyi üçün Şəxs Tərtər Rayon Məhkəməsinin 3(061)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən 10 gün müddətə inzibati həbs olunmuşdur. Bundan sonra da dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin borclu qərəzli şəkildə aliment borcunu tam ödəməkdən yayınmışdır. Nəticədə hazırkı inzibati xəta haqqında protokol tərtib edilən vaxta borclunun 1760 manat borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də borclu barəsində xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ondan övladları Sevgi və Ahunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 176 manat, cəmi 352 manat alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. 2025-ci ilin oktyabr ayından ödəniş etmir. Nəticə də alimentə görə 1760 manat borcu yaranmışdır. Hazırda “Neftçi İnşat” da fəhlə işləyir, ayda 450-460 manat əmək haqqı alır. Ödənişin edilməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş edir. Sonrakı məhkəmə iclasında, o, bildirmişdir ki, məhkəmə tərəfindən ona vaxt verilsə də, ödəniş etməmişdir. Məhkəmə iclasında tələbkar şəxs X4 izahatında göstərmişdir ki, borclu Şəxs yalan deyir, pulu olur, evlərini kirayəyə verir, lakin gedib spirtli işki qəbul edir, lakin alimenti ödəmir. Hazırda borclunun alimentə görə 1760 manat borcu yaranmışdır. Uşaqlarının saxlanmasında çətinlik çəkir. Borcludan alimentin ödənişi tələb edir. Ödənişi etmədiyi təqdirdə məhkəmədən Şəxs tutulmasını xahiş edir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.44 misli həddində (345 x 0.44 = 151.80 manat ) alimentin tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. İşdə olan “icraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli bildirişin və xx.xx.2025-ci il tarixli yazılı xəbərdarlığın təsdiq olunmuş surətindən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra sənədinin könüllü icrası barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində qanuna müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 3(061)-454/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətinə həbs inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini icra etmədiyi üçün barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun adı çəkilən icra sənədi üzrə tələbkar X3 1760 manat aliment borcu vardır. İşdə olan Şəxs tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki,, o, ödəniş etmək üçün ona 15 gün vaxt verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.https://www.e-qanun.az/framework/46960 Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin (tələbkarın) izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025ci il tarixli icra vərəqəsi əsasında icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmiş və barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni inzibati xətanı təkrar törətmişdir. Məhkəmə tərəfindən Şəxs ödəniş üçün vaxt verilərək məhkəmə iclası təxirə salınsa da, o, heç bir ödənişi etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs il ərzində eyni əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmasına baxmayaraq eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-179/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbsin əvvəli 05 mart 2026-cı il tarixdən saat 12:28-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməəsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(5-162)-331/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-331/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver