Məhkəmə qərarları › İş №3(5-162)-39/2026

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-39/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(5-162)-39/2026 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X1, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər rayonun Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Səhləbad kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-991/2022 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 3800 manat məbləğində aliment borcu alınaraq tələbkar Quluzadə (Hacıyeva) Türkan Vladim qızına ödənilməlidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-991/2022 saylı icra sənədinə əsasən borclu kimi ondan ümumilikdə 3800 manat alınaraq tələbkar Quluzadə (Hacıyeva) Türkan Vladim qızına ödənilməlidir. O məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclası zamanı borclu olduğu 3800 manat borc məbləğindən 800 (səkkiz yüz) manat ödəyir, qalan 3000 manat borcunu isə hər ay ödəməli olduğuğu 320 manat aliment borcuna əlarə olaraq 80 manat ödəniş edəcəkdir. Bununla bağlı tələbkarla artıq razılığa gəlmişlər. Belə olan halda tələbkarın ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Quluzadə (Hacıyeva) Türkan Vladim qızı rəsmi ərizəsini təqdim edərək bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(061)- 991/2022 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 3800 manat alınaraq tələbkar kimi ona ödənilməlidir. Hazırda məhkəmə iclasında borclu həmin puldan ona 800 manat ödəniş etmişdir. Qalan borcunun hər ay 80 manat olamqla ödəməsi ilə bağlı onunla razılığa gəlmişlər. Borclu Şəxs şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(061)-991/2022 saylı icra sənədinə əsasən borclu X2 ümumilikdə 3800 manat alınaraq tələbkar Quluzadə (Hacıyeva) Türkan Vladim qızına ödənilməlidir. Hazırda məhkəmə iclası zamanı Şəxs borclu olduğu 3800 manat borc məbləğindən 800 (səkkiz yüz) manat ödəyir, qalan 3000 manat borcunu isə hər ay 70 manat ödəniş edəcəkdir. Bununla bağlı tələbkarla artıq razılığa gəlmişlər. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad ediməsin məhkəmənin mülahizəsinə buraxır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar