Məhkəmə qərarları › İş №3(5-162)-456/2026

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-456/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Tərtər rayonu İş № 3(5-162)-456/2026 16.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSI Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əlizadə Coşqun İlqar oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, İnzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1985-ci ildə Tərtər rayonun, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tərtər şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 17-də yaşayan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14.032026-cı il tarixdə saat 18:50 radələrində Mingəçevir rayonlararası narkoloji dispanserində müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 17:00 radələrində polis əməkdaşları tərəfindən Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və narkotik vasitədən istifadə etməkdə şübhəli bilindiyi üçün Mingəçevir rayonlararası narkoloji dispanserinə aparılaraq orada narkoloji müayinədən keçirilmişdir. Müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra raport əsasında onun tərəfindən inzibati xətaya dair araşdırma aparılaraq ##.##.2026-cı il tarixli, MN ******* saylı nzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin protokolla razılaşaraq heç bir qeyd vermədən imzalamış və törətmiş olduğu hərəkətindən peeşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, Tərtər şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 17-də yaşayır. İşğaldan azad olunmuş Kəlbəcər rayonunda işləyərkən orada bitmiş bir ədəd marixuana kolunun yarpaqlarından yığıb özünün istifadəsi üçün götürmüşdür. 01 ay əvvəl həmin narkotik vasitə olan marixuanı istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Tərtər rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Məhərrəmov İbrahim Arif oğlu izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə digər əməliyyat müvəkkili Səfərov Elməddin Vəkil oğlu ilə rayon ərazisində xidmətdə olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 17:00 radələrində saxlayıb Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etməkdə şübhəli bilindiyi üçün Mingəçevir rayonlararası narkoloji dispanserinə aparılaraq orada narkoloji müayinədən keçirilmişdir. Müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Tərtər rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Səfərov Elməddin Vəkil oğlu izahatında göstərmişdir ki, ##.##.2026-cı il tarixdə digər əməliyyat müvəkkili Məhərrəmov İbrahim Arif oğlu ilə rayon ərazisində xidmətdə olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saat 17:00 radələrində saxlayıb Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etməkdə şübhəli bilindiyi üçün Mingəçevir rayonlararası narkoloji dispanserinə aparılaraq orada narkoloji müayinədən keçirilmişdir. Müayinə zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. İşdə olan ##.##.2026-cı il tarixli № *** saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolundan görünür ki, analiz nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. İşdə olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə, saat 18:50 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserinə verdiyi analiz nəticəsində narkotik tərkibli maddədən istifadə etməsi məlum olmuş və onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilmişdir. X1 həmin protokolla razılaşaraq heç bir qeyd vermədən imzalamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən şəxsin, inzibati xətanı törətmiş şəxsin və şahidlərin izahatlarından, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan, ##.##.2026-cı il tarixli № *** saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolunu və inzibati xəta haqqında işin digər materiallarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri məhkəmə iclasında tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə təqsirli şəxs üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə töfsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati xətaya görə məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşimanlıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, onun barəsində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddə ilə inzibati xətaya görə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanı səmimi şəkildə etiraf edərək peşiman olmasını bildirməsi onun müsbət fərdi-psixi xüsusiyyəti barədə mülahizə yürütməyə əsas verir, onun islah olunmaz, yaxud çətin islah olunan insan kimi xarakterizə etməyə imkan vermir. Məhkəmə prosesinin gedişində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona inzibati tənbehin məqsədlərinin təmin olunması baxımından daha yüngül tənbeh təyin edilməsinin zəruriliyini şərtləndirir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə növündə inzibati tənbeh təyin etməklə də inzibati tənbehin məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar