Azərbaycan Respublikası adından Qərar Tərtər rayonu İş № 3(5-162)-480/2026 28.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSI Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun iştirakları ilə, ##.##.1983-cü ildə Tərtər rayonu Bayandur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Bayandur kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu 3 uşağın saxlanılması üçün hər ay 409,50 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 ödəməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə borclu kimi o tələbkarla birgə nikahlarından olan 3 uşağın saxlanılması üçün hər ay 409,50 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 ödəməlidir. Hazırda onun icra sənədi üzrə tələbkar X2 3995 manat borcludur. Borclu kimi icra sənədinin icrasını işləmədiyinə, maddi imkanı olmadığına görə təmin etməmişdir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə tərəfindən təkrarən icra sənədinin israsının təmin olunması üçün möhlət verilsə belə borcunun ödəyə bilməyəcəkdir. Gələcəkdə hissə-hissə ödəniş edəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu 3 uşağın saxlanılması üçün hər ay 409,50 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 ödəməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğluna dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o üzərinə düşən öhdəliyi ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borcunu ödəməmişdir. Hazırda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun tələbkar X2 icra sənədi üzrə 3995 manat aliment borcu vardır. Borclu barəsində axtarış qərarı qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu 3 uşağın saxlanılması üçün hər ay 409,50 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 ödəməlidir. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Tərtər Rayon İcra və Probasoya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun axtarışı barədə qərar qəbul edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu 3 uşağın saxlanılması üçün hər ay 409,50 manat sabit pul məbləğində aliment pulu tələbkar X2 ödəməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli ## #### 2026-cı il tarixdən saat 13:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(5-162)-480/2026
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(5-162)-480/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver