Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-103/2026 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X3 hüquqi varisi X1 iştirakı ilə xx.xx.1963-cü ildə Tovuz rayonu Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Gəncə Appelyasiya Məhkəməsinin 2(104)- 148/2023 saylı xx.xx.2023 - cü il tarixli icra sənədinə əsasən X5 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndindəki torpaq sahəsinin 110 kv metr hissəsi Şəxs tərəfindən inşa edilmiş tikili borclunun hesabına sökülməsindən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X8 bildirmişdir ki, borclu Şəxs Gəncə Appelyasiya Məhkəməsinin 2(104)-148/2023 saylı xx.xx.2023 - cü il tarixli icra sənədinə əsasən X5 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndindəki torpaq sahəsinin 110 kv metr hissəsi Şəxs tərəfindən inşa edilmiş tikili borclunun hesabına sökülməsindən boyun qaçırır. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, X4 Tovuz Rayon İcra Hakimiyyətinin 23 dekabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində 999,08 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin plan və ölçüsü tərtib olunmuşdur. O, bu torpaq sahəsini Natiq Qasımovdan almış və 1998-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Hal-hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. X3 isə həmin torpaq sahəsinə bitişik torpaq sahəsi var. Cavabdehin sökmək istədiyi tikili isə onun istifadə etdiyi torpaq sahəsinin plan və ölçüdə göstərilən sərhədləri daxilində inşa olunmuşdur. Torpaq sahələrinin ümumi sərhədləri olduğuna və cavabdeh tərəf bu sərhədlər çərçivəsində ara sərhədi naturada müəyyən etmədiyinə görə, mübahisəli tikilinin öz torpaq sahəsində inşa olunduğunu iddia edir. Məhkəmə iclasında tələbkar X3 hüquqi varisi X6 izahatında bildirmişdir ki, Şəxs icra sənədini qəsdən icra etmir bundan əvvəldə 15 gün inzibati qaydada həbs olunub amma yenədə bu günə qədər icra olunmur. Bu səbəbdən Şəxs barəsində inzibati həbs olunmağını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Gəncə Appelyasiya Məhkəməsinin 2(104)-148/2023 saylı xx.xx.2023 - cü il tarixli icra sənədinə əsasən X5 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndindəki torpaq sahəsinin 110 kv metr hissəsi Şəxs tərəfindən inşa edilmiş tikili borclunun hesabına sökülməlidir. Tovuz Rayon Məhkəməsinin 3(062)-425/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 ( səkkiz ) gün müddətində inzibati həbs edilmişdir. Gəncə Appelyasiya Məhkəməsinin 3(104)-325/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə təqsirli bilinib 15 ( on beş) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq Gəncə Appelyasiya Məhkəməsinin 2(104)-148/2023 saylı xx.xx.2023 - cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on ) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə almanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(5-163)-103/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-103/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver