Məhkəmə qərarları › İş №3(5-163)-115/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-115/2026

21.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-115/2026 21.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır.. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Vaz21074 markalı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün saxlanılmışdır. Sürücüyə qayda pozuntusu izah olunmuş, avtomobilin sənədləri və dövlət qeydiyyat nişanı tələb olunmuş və avtomobilin duracağa aparılmasını tələb etdikdə küçə söyüşləri ilə polisin ünvanina söyüşlər söymüşdür. Həmin vaxt sürücü avtomobili ilə birlikdə Tovuz Rayon Polis Şöbəsinə gətirilmişdir.Odur ki, barəsində qanuna uyğun qaydada inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2026 cı il tarixdə saat 18 radələrində Tovuz şəhəri M.Əzizbəyov küçəsində ona məxsus olan 99MT402 nömrəli dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman yol patrul əməkdaşları tərəfindən saxlanılmış və avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirmişlər. Bu zaman tutulan iradı qəbul etməmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir.Əməlindən peşman olduğunu bildirmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində ki, Tovuz RPŞ DYPBsi baş inspektoru vəzifəsində çalışır. xx.xx.2026-cı il tarixdə Kia markalı ** YP *** dövlət nömrə nişanlı patrul avtomaşını ilə Tovuz şəhər İ.Nəsimi küçəsində xidmət apararkən Vaz21074 dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün sayrışan işıq və səs gücləndirici vasitəsilə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah olunduqdan sonra avtomobilin sənədlərini və dövlət qeydiyyat nömrəsini tələb edib avtomobilin Tovuz RPŞ nin duracağına aparılacağını bildirəndə sürücü Şəxs tərəfindən tərəfimizə kücə söyüləri ilə söyüçlər söymüşdür.Sürücünü dəfələrlə nizam-intizama dəvət etsəsələrdə də sürücü öz hərəkətlərini davam etdirərək səs-küy salaraq polisin qanuni tələblərinə əməl etməmişdir. Daha sonra sürücü avtomobili ilə birlikdə Tovuz RPŞ-yə gətirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəxs səs-küy salmasını, xidmət aparan polis əməkdaşları barədə mənfi rəy formalaşdırmağa cəhd etməsini, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsini, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmasını, hərəkətlərinə son qoyması ilə bağlı polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etməsini onun əməlini səciyyələndirən hallar kimi qiymətləndirir və hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 20 fevral 2026-cı il tarixdən, saat 17:55-dən hesablansın. Qərаrın icrаsı Tovuz rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar