Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-116/2026 21.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, təqaüdçü, 2-ci qrup əlilliyi olan, ünvan 1 ünvanda yaşayan Şəxs (FİN:xxxxxxx) oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixdə ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 oğlu protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı ildə saat 11 radələrində Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı İntiqam Allahverdiyev və polis leytenantı X4 xidmətdə olarkən bir nəfər şəxs VAZ2107 markalı 60BC502 dövlət qeydiyyat nişanlı avtomobil ilə ictimai qaydanı pozaraq avtoxuliqanlıq etmişdir. Polislər həmin şəxsin avtonəqliyyat vasitəsini dayandırmasını tələb etsələr də tabe olmamış onu nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə məhəl qoymamış, yüksək səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ərazidə xidmətdə olan Tovuz RPŞ-nin PPXB –nün polis nəfərləri polis serjantı X6 və polis serjantı X2 həmin şəxsi Tovuz RPŞ-nə gətirilməsinə köməklik göstərmişdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs ona istinad edilən əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. AZEMİS Elektron Məhkəmə Sistemində olan məlumatlara əsasən Şəxs 250 manat məbləğdə pensiya alır. Tibbi-Sosial Ekspert Komissiyasının məlumatına əsasən Şəxs orqanizm funksiyalarının pozulma faizi - 65% pozulması, diaqnoz - şizofreniya (paranoid forma), əlillik müddəti xx.xx.2027-ci il göstərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində ona istinad edilən inzibati xətanın tərkibi yoxdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(5-163)-116/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-116/2026
21.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver