Məhkəmə qərarları › İş №3(5-163)-131/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-131/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-131/2026 02.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(067)-2607/2016 saylı icra sənədi üzrə yaranmış 29000 ABŞ dolları məbləğdə borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək göstərdi ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs, X1 və X2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə əsas borc qismində 19 dekabr 2013-cü il tarixli, 34R000000614 saylı kredit razılaşması üzrə 10.917 (on min doqquz yüz on yeddi) ABŞ dolları 33 (otuz üç) sent,faiz borcu qismində 2.318 (iki min üç yüz on səkkiz) ABŞ dolları 18 (on səkkiz) sent, cərimə qismində 200 (iki yüz) ABŞ dolları, cəmi 13.435 (on üç min dörd yüz otuz beş) ABŞ dolları 51 (əlli bir) sent, 31 oktyabr 2014-cü il tarixli, 034R********** saylı kredit razılaşması üzrə əsas borc qismində 23.020 (iyirmi üç min iyirmi) ABŞ dolları 91 (doxsan bir) sent, faiz borcu qismində 5.877 (beş min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları 59 (əlli doquz) sent və cərimə qismində 300 (üç yüz) ABŞ dolları, cəmi 29.198 (iyirmi doqquz min yüz doxsan səkkiz) ABŞ dolları 50 (əlli) sent, hər iki kredit razılaşması üzrə isə ümumilikdə 42.634 (qırx iki min altı yüz otuz dörd) ABŞ dolları 01 (bir) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, öz üstünə düşən borcu ödəmişdir və hazırda borcu yoxdur. Qalıq borc isə digər iştirakçılar tərəfindən ödənilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Şəxs, X1 və X2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə əsas borc qismində 19 dekabr 2013-cü il tarixli, 34R000000614 saylı kredit razılaşması üzrə 10.917 (on min doqquz yüz on yeddi) ABŞ dolları 33 (otuz üç) sent,faiz borcu qismində 2.318 (iki min üç yüz on səkkiz) ABŞ dolları 18 (on səkkiz) sent, cərimə qismində 200 (iki yüz) ABŞ dolları, cəmi 13.435 (on üç min dörd yüz otuz beş) ABŞ dolları 51 (əlli bir) sent, 31 oktyabr 2014cü il tarixli, 034R********** saylı kredit razılaşması üzrə əsas borc qismində 23.020 (iyirmi üç min iyirmi) ABŞ dolları 91 (doxsan bir) sent, faiz borcu qismində 5.877 (beş min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları 59 (əlli doquz) sent və cərimə qismində 300 (üç yüz) ABŞ dolları, cəmi 29.198 (iyirmi doqquz min yüz doxsan səkkiz) ABŞ dolları 50 (əlli) sent, hər iki kredit razılaşması üzrə isə ümumilikdə 42.634 (qırx iki min altı yüz otuz dörd) ABŞ dolları 01 (bir) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsində qeyd olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə, o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, borc məbləğinin ödənilməsi üçün barəsində inzibati icraat aparılan şəxs Şəxs məxsus ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti hərracdan satılmış və satışdan əldə edilmiş pul kredit üzrə borcun ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi, Şəxs yaranmış borc məbləğinin ödənilməsindən qərəzli boyun qaçırmamış, ona məxsus ipoteka predmeti satılmaqla müvafiq ödənişlər etmişdir. Məhkəmə qətnaməsi ilə kredit borcunun barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə yanaşı digər borclulardan da tutulması qət edilmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs qətnamənin icrasından qərəzli olaraq yayınmasını müəyyən etmək mümkün deyildir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar