Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-136/2026 26.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1056/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 10 fevral 2016-ci il tarixdə anadan olmuş Aysun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi barədə qətnamənin icrasından üzrsüz səbəbdən yayınmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1056/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 10 fevral 2016-ci il tarixdə anadan olmuş Aysun adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam şəkildə ödəməmişdir. Borcdan ödəmə olmasına baxmayaraq borc pul hələ də tam verilməmişdir. Hazırda borcu 575 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, borcundan ödəmələr edir. Borcundan xəbərdardır. Əvvəllər işi olmadığı üçün alimenti tam ödəyə bilməmişdir. Hazırda işlədiyi üçün həm aylıq alimenti, həm də aliment borcundan mütəmadi olaraq ödəmə edir. Təxminən bir ildir ki, hər ay alimenti ilə yanaşı borcunu da ödəyir. Borc cəmi 575 manat təşkil edir ki, həmin borcu da yaxın müddət ərzində ödəyəcəkdir. Odur ki, barəsində olan inzbati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs dedikləri həqiqəti əks etdirir. O əvvəllər çətinliklə ödəmə etsə də son dövrlər hər ay həm alimentini, həm də aliment borcundan az da olsa ödəmə edir. Hazırda borc 575 manat təşkil edir. Növbəti aylarda borcun tamamilə bağlanmasını istəyir. Ödəməni etdiyi üçün ondan şikayətçi deyil və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclu borcundan mütəmadi olaraq ödənişlər etmişdir. Hər ay ardıcıl və mütəmadi olaraq alimenti ilə yanaşı borcundan ödəmə etməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatları və materila əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Borc cəmi 575 manat təşkil edir ki, borclu həmin borcu yaxın müddət ərzində ödəmək istəyir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(5-163)-136/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-136/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver