Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-146/2026 02.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şəxs katibliyi, Tovuz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Ağstafa rayonu Kirovkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, işsiz, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Tovuz rayon X2 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən saxlanılmış üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0.33 qram olan marixuana aşkar edilmişdir.Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Şəxs məhkəmə iclasında göstərdi ki o, xx.xx.2026-cı il tarixdə Tovuz RPŞ-nin əməkdaşları tərəfindən avtovagzal adlanan ərazidə saxlanılmış,üzərinə baxış keçirilmişdir.Baxış zamanı üzərindən 0.33 qram marixuana aşkar edilmişdir. 5 il olar ki narkotik vasitə istifade edirmiş. Etdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcək. Hazırda törətdiyi əməlindən səmimi peşman olmasını, iki azyaşlı övladının olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli rəyinə əsasən, “Şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kağız bükümdə, təmiz çəkisi 0.33 qram olan bitki məşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tovuz RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilmişdir ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs təqsirini etiraf edib, səmimi peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və barəsində inzibati tənbeh tətbiq edilib cərimə edilməsini qanuna müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(5-163)-146/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-146/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver