Məhkəmə qərarları › İş №3(5-163)-149/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-149/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-149/2026 16.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X4 tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı qərar əsasında 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X4 tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 verdyi şikayət ərizəsində göstərmişdir ki, 17 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X4 tərəfindən EQ 34022009 nömrəli inzibati protokol tərtib edilmiş və 18 fevral 2026-cı il tarixli qərarla onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə tətbiq olunmuşdur. Qərarda qeyd olunur ki, guya 17 fevral 2026-cı il tarixdə saat 15:18-də Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 336-cı kilometrliyində (M2, E60, AH5) “Kia Optima” markalı **-YQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət həddini 41-60 km/saat aşmışdır. Həmin qərar bir neçə qanun pozuntusu ilə qəbul edilmişdir və əsaslı sübutlara söykənmir. Yol patrul xidməti “Yol Patrul Xidməti haqqında Nizamnamə” və DİN-in daxili təlimatına əsasən xidmət açıq-aşkar, sayrışan mavi-qırmızı işıq siqnalları yandırılmış vəziyyətdə həyata keçirilməlidir. Lakin həmin tarixdə patrul avtomobili yol kənarında, yük avtomobilinin arxasında gözlədilmiş vəziyyətdə, sayrışan işıqlar sönülü halda xidmət aparmışdır. Bu fakt təlimata və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29 iyul 1999-cu il tarixli 135 nömrəli “Yol patrul xidməti barədə təlimat”ının 3.5-ci bəndinə tam ziddir. Həmin bəndə görə xidmətdə olan patrul avtomobilinin görünən və tanına bilən vəziyyətdə xidmət aparması məcburidir. Bu halda avtomobilin gizlin radar yerləşdirib sürət ölçməsi xidmətin qanuniliyini şübhə altına alır və bu yolla toplanmış məlumat etibarsız sübut hesab edilməlidir. Protokolda göstərilənə görə xətanın baş vermə vaxtı 17 fevral 2026 saat 15:18-dir. Lakin qərar elektron kabinetdə yalnız 18 fevral 2026-cı il tarixdə saat 10:07-dö yerləşdirilmişdir. Bu “real vaxt rejimində aşkarlanma və sənədləşdirmə” prinsipinin pozulmasıdır. Azərbaycan Respublikası İXM-nin tələbinə əsasən inzibati xəta faktı hadisə baş verdiyi anda və ya dərhal sonra qeydiyyata alınmalıdır. Bir gün sonra elektron sistemdə qeydə alınması düzgün prosessual ardıcıllığı pozur və qərarın hüquqi qüvvəsini zəiflədir. Bundan başqa texniki vasitənin istifadəsi şübhəli və sübutlarla əsaslandırılmamış, foto və video sübut qərara əlavə edilməmiş, xüsusi texnikanın dövlət yoxlamasından keçməsi barədə sənəd göstərilməmişdir. Ölçmə cihazı hansı məsafədə və hansı bucaq altında işlədiyi barədə məlumat protokolda əksini tapmamışdır. Bu hallar ölçmə nəticələrinin etibarlılığını şübhə altına alır. Odur ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X4 tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı inzibati xəta haqqında qərarın tam ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə X1na və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, şikayətçi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə iclasında işə əlavə edilmiş sənədləri araşdıran məhkəmə hesab edir ki, şikayət əsassız olmaqla təmin olunması üçün əsas yoxdur. Belə ki, şəxsin özünün də ərizədə göstərdiyi kimi inzibati pozuntunun aşkar olunması tarixi 17 fevral 2026-cı il tarixdə saat 15:18 olmuşdur. Bu barədə elektron qərar kabinetdə 18 fevral 2026-cı il tarixdə saat 10:07-də yerləşdirilmişdir. Həmçinin iş materiallarında şikayət ərizəsinə əlavə edilmiş görüntü və qərarla da bu hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 38.6-ci maddəsinin tələbi isə “qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz” kimi qeyd edilmişdir. Şəxsin özü tərəfindən təqdim olunmuş qərada, görüntünü əks etdirən elektron qərara əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, elektron qərarın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş 24 saat müddət keçməmişdir. Həmçinin məhkəmə şəxsin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin Vİİ bəndinin tələbi də bu baxımından sürücünün diqqətindən yayınmamalıdır. Qanunun tələbinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Buradan da göründüyü kimi yollarda yuxarıda qeyd edilən Maksimum sürətin məhdudlaşdırılması nişanı və ya radar informasiya stendinin mövcud olması sürücünün yolda qeyd edilən hərəkət sürəti həddində hərəkət etməyi vəzifəsinin mövcud olmasını, İXM-nin yol hərəkəti qaydaları əleyhinə olan fəslində xətaların törədilməsi isə məsuliyyətə səbəb olmasını bildirir. Ramin Namazov tərəfindən qeyd edilən xüsusatlar pozuntunun əsaslı sübutlara söykənmir kimi qeyd etməsi də əsassızdır. Belə ki, pozunutu barədə müvafiq qaydada çəkilmiş fotoşəkil və sürətin xüsusi texniki vasitə ilə ölçülərək sürət həddinin, məkanın və zamanın qeyd edilməsi, inzibati xətanın hansı şəraitdə, hansı nəqliyyat vasitəsi ilə törədilməsi açıq-aşkar qeyd edilmiş, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, markası, yolda icazə verilən sürət həddi və faktiki sürət göstərilmişdir. Şikayət ərizəsində foto və ya video sübutun qərara əlavə olunmadığı qeyd edilsə də şikayət ərizəsində qərarla bərabər, foto görüntülər məhz Ramin Namazov tərəfindən məhkəməyə təqdim edilmişdir. Xüsusi texniki vastənin dövlət yoxlamasından keçməsi barədə sənədin mövcudluğu və standartları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericliyin tələbinə uyğun qaydada və müvafiq prosedurla tənzimlənmişdir. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, protokolda əks olunmalı olan məlumatlar Azərbaycan Respublikası İXM-nin tələbinə uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır. X5 yolda icazə verilən sürət həddini aşmaqla inzibati xəta törətmişdir. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 X4 tərəfindən tərtib olunmuş 18 fevral 2026-cı il tarixli EQ 34022009 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar