Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-157/2026 05.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Tovuz Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan Şəxs (FİN:xxxxxxx) Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən 05 mart 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı ildə X3 məhsul satmaq adı ilə 40 manat pulu aldadaraq ələ keçirmişdir. Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində “lara_fashion” adlı qadın geyimi satışı ilə məşğul olan səhifədən bəyəndiyi qadın geyimini sifariş vermək qərarına gəlmişdir. Səhifənin açıqlama hissəsində olan ***- ***-**-** nömrəsinin “whatsap” sosial mesajlaşma tətbiqindən mesaj yazmış, cavab olaraq bəyəndiyi geyimin 35 manat olduğunu bildirmişlər. Həmin şəxs ona 4169-7388-0415-2837 nömrəli kart hesabı göndərdi və bildirdi ki göndəriş üçündə əlavə 5 manatda poçt haqqı göndərməli olduğunu bildirmişdir. Sonra o həmin kart hesabına 40 manat pul göndərmiş lakin geyim gəlməmişdir. Həmin şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 mart 2026-cı il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; Tovuz Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib olunmuş 05 mart 2026-cı il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs X3 məhsul satmaq adı ilə 40 manat pulu ələ keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Vətən müharibəsi iştirakçısı olması və səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni 05 mart 2026-cı il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 mart 2026-cı il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(5-163)-157/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-157/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver