Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(5-163)-158/2026 06.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN-in X3 tərəfindən çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 34332296 nömrəli qərarından barəsində tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası DİN-in X3 tərəfindən çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 34332296 nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini, barəsində yazılmış cərimənin və cərimə balının silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayət ərizəsindən görünür ki, şikayət verən şəxs X1 yaşayış ünvanı ünvan 1 şikayət materialını araşdıraraq X1 Tovuz Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir. Ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Şikayət verən şəxsin yaşayış yerinin Gəncə şəhəri olmasını nəzərə alsaq şikayətə qanunvericiliyin tələbinə uyğun olaraq Tovuz Rayon Məhkəməsində baxılması qeyri mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-in X3 tərəfindən çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 34332296 nömrəli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(5-163)-158/2026
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(5-163)-158/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver