Azərbaycan Respublikası adından Qərar Tovuz rayon İş № 3(5-163)-183/2026 16.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSI Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 oğlunun Tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə ##.##.1995-ci ildə Tovuz rayonu Girzan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də usta işləyən, əlilliyi olmayan, Tovuz rayonu Hunanlar kəndində qeydiyyatda olan və yaşayan X2 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən X2 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ##.##.2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən X2 oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 8İ-15459 saylı icra sənədi üzrə yaranmış 3302 manat məbləğdə borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 protokolu müdafiə edərək göstərdi ki, Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024cü il tarixli, 8İ-15459 saylı icra sənədinə əsasən X2 oğlundan cəmi 3302 (üç min üç yüz iki) manat məbləğdə pul alınıb “xxxx” MMC-nin xeyrinə tutulması qeyd edilmişdir. Həmin icra sənədi üzrə ##.##.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırki vaxta kimi borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Borclu qətnamənin icrasından üzrsüz olaraq boyun qaçırır. Göstərilənlərə əsasən X2 oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 oğlu bildirdi ki, evlidir, lakin uşağı olmurdu. Bununla bağlı xərcləri çox olduğundan icra sənədini icra edə bilməmişdir. Hazırda maddi vəziyyəti çox aşağıdır və bu səbəbdən icra sənədi üzrə olan borcunu ödəyə bilmir. Bu kimi hallar isə borcunun yaranmasına gətirib çıxarmışdır. Hansı ki, borcunu ödəməkdən üzrsüz olaraq yayınmır, nə də ki bu kimi niyyəti yoxdur. İcra sənədi üzrə ödənilməli məbləği hissə-hissə ödəyəcəkdir. May ayında borcundan 1000 manat ödəyəcəyini bildirdi. Hazırda əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 oğlu 2024-cü il tarixdən borcundan heç bir ödəniş etməmişdir. Borclu icra sənədinin icrasından üzrsüz olaraq yayınır. Odur ki, borclu X2 oğlu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarın nümayəndəsini dinləyərək hesab edir ki, toplanmış sübutlarla X2 oğlunun inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 8İ- 15459 saylı icra sənədinə əsasən X2 oğlundan cəmi 3302 (üç min üç yüz iki) manat məbləğdə pul alınıb “xxxx” MMC-nin xeyrinə tutulması qeyd edilmişdir. “İcraata başlama haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 8İ-15459 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası barədə” ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, X2 oğluna Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 8İ-15459 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materialları ilə müəyyən edilir ki, Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli, 8İ-15459 saylı icra sənədinə əsasən X2 oğlundan cəmi 3302 (üç min üç yüz iki) manat məbləğdə pul alınıb “xxxx” MMC-nin xeyrinə tutulması qeyd edilmişdir. Həmin icra sənədi üzrə ##.##.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixli tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildiriş borclu tərəfindən rəsmi qaydada əldə edilmişdir. Hazırki vaxta kimi borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Borclu qətnamənin icrasından boyun qaçırır. Bu isə o deməkdir ki, borclu ödəməli olduğu borca ümumiyyətlə ödəniş etməməklə qətnamənin icrasından üzrsüz olaraq yayınır. Göründüyü kimi sözügedən icra sənədinin tələbləri borclu tərəfindən yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, X2 oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə məhkəmə hesab edir ki, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növlərindən olan inzibati cərimənin təyin edilməsi inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və işin digər hallarına uyğun olar. Həmin tənbeh növü X2 oğlunun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi həmin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X2 oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu X2 oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu X2 oğlunun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı, onun barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X2 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(5-163)-183/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-183/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver