Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-185/2026 17.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs, Tovuz Rayon Məhkəməsinin 2 (062)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X2 Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən X3 mülkyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv metrə qədər tikilinin 19 kv.metr hissəsindən çıxarılması və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilməsi, X3 mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2 (062)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs və X1 rayonu Aşağı Öysüzlü kəndində yerləşən X3 mülkyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv metrə qədər tikilinin 19 kv.metr hissəsindən çıxarılması və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilməsi, X3 mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməsi qərara alınmışdır. İcra sənədinin icrasından Şəxs üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, torpaq sahəsindən çıxarılması qeyd olunan yer ona 2007-ci ildən məxsusdur. Tovuz Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti versə də şikayəti təmin olunmamışdır. X9 Məhkəməsinə müraciət etmişdir. İşinə hazırda baxılmamışdır. Torpaq sahəsindən çıxmaq fikri yoxdur. Orada inşa edilmiş mülkiyyət də ona məxsusdur. Mülkiyyətindən çıxmaq fikri yoxdur. Heç bir qanunsuz tikinti aparmamışdır. Gəncə İnzibati Məhkəməsində işə baxılmasını gözləyir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq ediln tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli icra vərəqəsinə Şəxs və X1 rayonu Aşağı Öysüzlü kəndində yerləşən X3 mülkyyətində olan 0,1125 ha torpaq sahəsinin 48 kv metrə qədər tikilinin 19 kv.metr hissəsindən çıxarılması və həmin torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilməsi, X3 mülkiyyətində olan 0,1125 ha torpaq sahəsində inşa edilmiş tikilinin 19 kv.metr hissəsi cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul olunmuşdur. Şəxs bu barədə məlumat verilməklə müddət təyin edilsə də onun icra məmurunun qanuni tələbindən qərəzli şəkildə boyun qaçırması aşkar görünür. Belə ki, torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsinə dair məhkəmə qətnaməsi qüvvədədir. İşin apelyasiya məhkəməsinin icraatında olmaması, qətnamənin qeyd şərtsiz icrasını müəyyən edən haldır. Məhkəmənin qətnaməsində başqa hər hansı şərt müəyyən olunmamışdır. Həmçinin boclunun Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi (məhkəməyə hər hansı icra işini dayandırılması ilə bağlı məhkəmə qərarı daxil olmamışdır) icra vərəqəsinin icrasına heç bir maneə deyildir. Bu isə qeyd edilən icra işinin icra olunmasında hər hansı məhdudiyyət törətməməyi ilə yanaşı gələcəkdə məhkəmənin həmin iş üzrə hansı nəticəyə gəlməsindən asılı olmayaraq hazırkı iş üzrə icra işinin icrasında hər hansı maneə müəyyən olunmur. Bu hal isə onu deməyə əsas verir ki, Şəxs icra vərəqəsinin icrasından qərəzli şəkildə yayınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzbati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzbati tənbeh tədbirinin tətbiq olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(5-163)-185/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-185/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver