Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-23/2026 30.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hünmətov Zaur Adil oğlunun sədrliyi Məsimov Fərid Eldar oğlunun katibliyi ilə xx.xx.1997-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, əvvəllər inzbati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azəbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 29 noyabr 2025-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında yerləşən mərhum X1 məxsus qəbir daşının dörd küncünü qıraraq mərhumun oğlu X2 100 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, X3 29 noyabr 2025-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində atası Fizuli Həsənovun məzarını ziyarət edərkən atasının qəbrinin dörd küncünün sındırıldığını görmüşdür. İbtidai araşdırma zamanı izahatı alınmış Şəxs Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında gəzərkən X1 məxsus qəbrin dörd küncünü qıraraq məzarın ətrafına atmışdır. Bununla da X2 100 manat maddi ziyan vurmuşdur. Ona görə də Şəxs barəsində 04 yanvar 2026-cı il tarixdə MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə və Tovuz RPŞ-yə məlumat verilsə də Şəxs və Tovuz RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxımasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xətaya məruz qalmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun həmin maddənin sanksiyasında nəzərdə tutulmuş sanksiyanın aşağı həddində cərimə olunmasını məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında yəni 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(5-163)-23/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-23/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver