Məhkəmə qərarları › İş №3(5-163)-72/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-72/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-72/2026 03.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirzəziz qızının katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxx 1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs cavabdeh X4 qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə iddiaya baxılıb yekun qərar qəbul edilənədək keçən müddət ərzində tərəflərin birgə nikahlarından 14 may 2018-ci ildə anadan olmuş Zəhra və 26 yanvar 2025-ci ildə anadan olmuş Miryusif adlı uşaqları ilə X4 hər həftənin bazar günləri saat 14:00-dan 17:00-dək ünsiyyətdə olmasına Şəxs tərəfindən edilən maneənin qadağan edilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 28 yanvar 2026-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs cavabdeh X4 qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə iddiaya baılıb yekun qərar qəbul edilənədək keçən müddət ərzində tərəflərin birgə nikahlarından 14 may 2018-ci ildə anadan olmuş Zəhra və 26 yanvar 2025-ci ildə anadan olmuş Miryusif adlı uşaqları ilə X4 hər həftənin bazar günləri saat 14:00-dan 17:00-dək ünsiyyətdə olmasına Şəxs tərəfindən edilən maneənin qadağan edilməsi qərara alınmışdır. Şəxs uşaqlarla görüşə Tural Səfərovun görüşünə maneə yaratdığına görə onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən icra üçün vaxt verildikdən sonra borclu tərəfindən icra vərəqəsinin icrasına heç bir maneə yaradılmamışdır. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, uşaqlar ilə ünsiyyət saxlamasına onun tərəfindən heç bir maneə yaradılmır. Zəhra adlı uşaqları ilə hər gün məktəbdə görüşür ki, buna da heç bir maneə yaratmır. Miryusif adlı uşaqlarına isə sünnət etdirdikləri üçün uşaq tam sağalmadığı üçün sonra görüşməsini atasına bildirmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra hər iki uşaqla da atası ünsiyyət saxlamışdır. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən uşaqları ilə görüşü nəzərdə tutulsa da borclu uşaqları ilə görüşə maneə yaradır. Uşaqları ilə görüşmək istəyir. Vaxt verildikdən sonra uşaqları ilə görüşə borclu tərəfindən heç bir maneə yaradılmamışdır. Odur ki, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclunun məhkəmə aktının icrasından boyun qaçırmaq niyyəti yoxdur. Məhkəmə tərəfindən qərarın icra olunması ilə bağlı bir gün möhlət verildikdən sonra məhkəmə qərarı icra olunmamışdır. Uşaqlarla ünsiyyətə valideyn tərəfindən maneənin törədilməsi işin halları ilə müəyyən olunmamışdır. Bu hal Şəxs icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmadığını göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar