Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-76/2026 04.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs , Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1975-ci il tarixdə Tovuz rayonu Qovlar Qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Tovuz rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 1(062)-134/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi, Tovuz Rayon Məhkəməsinin 2(062)-1865/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi və Tovuz Rayon Məhkəməsinin 2(062)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən başlanmış icra işi üzrə 9700 manat, 5070 manat və 4565 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X10 bildirmişdir ki, hazırda Tovuz Rayon Məhkəməsinin 1(062)-134/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi, Tovuz Rayon Məhkəməsinin 2(062)-1865/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi, Tovuz Rayon Məhkəməsinin 2(062)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli il tarixli icra sənədinə əsasən borcun ödənilməsindən yayındığından inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, həbsdən çıxdıqdan sonra işsiz olduğu üçün icra sənədini icra edə bilməmişdir. Qısa müddət əvvəl iş tapmışdır. Əmək haqqını aldıqdan sonra ödəniş etməyə başlayacaq. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 və X9 bildirmişdir ki, Şəxs həbs olunmasını istəmirlər. Məhkəmədən bu halı nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tovuz Rayon Məhkəməsinin 1(062)-134/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 9700 manat məbləğdə pul Şəxs alınaraq zərərçəkmiş X6 ödənilmədir , Tovuz Rayon Məhkəməsinin 2(062)-1865/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 5000 manat məbləğdə pul alınaraq zərərçəkmiş X1 ödənilməlidir, Tovuz Rayon Məhkəməsinin 2(062)-1727/2025 saylı, xx.xx.2025-ci il tarixli il tarixli icra sənədinə əsasən 4500 manat məbləğində pul Şəxs alınaraq zərərçəkmiş X4 ödənilmədir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-163)-76/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-76/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver