Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-82/2026 12.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-ya bilavasitə tabe olan İX taqım yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək İX taqım yol patrul xidməti inspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İX taqım Yol Patrul Xidməti Baş İnspektor polis baş serjantı X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4 və 327.2 –ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. İddiaçı hesab etmişdir ki, İX TAĞİM Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 03 dekabr 2025-ci il tarixli TP ******* nömrəli qərarı tam əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 234.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə, həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin iddiaçı qəti surətdə bildirmiş ki, o xx.xx.2025-ci il tarixdə etibatnamə əsasında idarə etdiyi Forland markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla heç bir sərnişin və heç bir yük daşımamış, yazılmış protokol və qərardan xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətdə göstərilənlərə uyğun izahat vermişdir. DİN-nin BDYPİ-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə X4 barəsində tərtib edilmiş qərar, protokol və 01 ədəd flesh diskdə şəxsin saxlanılmasını əks etdirən videogörüntünü göndərmişdir. Məhkəmə DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İX taqım yol patrul xidməti inspektoru polis serjantı polis baş serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:00-da “Forland” yük markalı 10SN171 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 yük daşıma qaydalarının pozulması, nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İX taqım Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4 və 327.2-ci -ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 01 ədəd fləş kartda olan videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşı özünü təqdim edərək sürücü X3 yaxınlaşmış ona sərnişin daşıma qaydalarını pozduğunu bildirmiş, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4 və 327.2-ci -ci maddələrinə uyğun olaraq 100 manat cərimə olunduğunu xəbardar etmişlər. Sürücü qeyd edilənlərə etiraz etməmişdir.Sürücüyə qarşı polis əməkdaşları tərəfindən hər hansı formada kobudluq edilməsi müşahidə edilmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar əsasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4 və 327.2-ci maddələri ilə təqsirli bilinib 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, səlahiyyətli orqan tərəfindən gəlinən nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmış, gəlinən nəticə işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbeh bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğundur, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamış, İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və İX taqım Yol Patrul Xidməti Baş İnspektoru polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-ya bilavasitə tabe olan İX taqım yol patrul xidməti inspektoru polis baş serjantı X6 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(5-163)-82/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-82/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver