Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-20/2026 22.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, xx xxxxxx 1970-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 442ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar Rayon Polis Şöbəsindən daxil olmuş 18 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs 18 dekabr 2025-ci il tarixdə Ucar şəhəri, Oğuz küçəsi ərazisində işlədiyi mağazada qanunsuz olaraq səsli-partlayıcıların, pirotexniki məhsulların satışı ilə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, 18 dekabr 2025-ci il tarixli inzibati xətanın bilavasitə obyekti olan predmetə baxış və götürmə haqqında protokoldan görünür ki, Ucar RPŞ-nin İTB-nin sahə rəisi Cəmşid Məcidov, İTB-nin sahə polis nəfəri Eşqin Səfərliyev Azərbaycan Respublikasının İXM-nin 94-cü maddəsinin tələblərinə əsasən, hal şahidləri, Ucar rayonu, Bağman kənd sakini X1 və X2, eyni zamanda mağaza sahibi Şəxs iştirakları ilə tərtib etdik protokolu ondan ötrü ki, 18 dekabr 2025-ci il tarixdə Ucar RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin əməkdaşlarının Ucar inzibati ərazisində keçirdikləri reyd zamanı, şəhərin Oğuz küçəsində xırdavat malları satılan mağazada fiziki şəxs kimi işləyən, xx xxxxxx 1970-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Çin Respublikasının istehsalı olan, 4 qutu «PETARDS» pirotexniki vasitələri, ümumilikdə 12 manat dəyərində olan səslipartlayıcılar satması aşkar olunaraq götürülmüşdür. İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 442-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan satılması qadağan olunmuş Çin Respublikasının istehsalı olan, 4 qutu «PETARDS» pirotexniki vasitələrin müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati xətanın törədilməsində alət olmuş predmet, yəni pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan satılması qadağan olunmuş Çin Respublikasının istehsalı olan, 4 qutu «PETARDS» pirotexniki vasitələr müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(5-164)-20/2026
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-20/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver