Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-26/2026 12.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X7 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 12 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 14 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 12 avqust 2007-ci ildə doğulmuş X2, 03 aprel 2009-cu ildə doğulmuş X3, 03 sentyabr 2011-ci ildə doğulmuş X4, 21 avqust 2014-cü ildə doğulmuş X5 və 15 avqust 2017-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu Şəxs dövlət rüsumuna görə 94 (doxsan dörd) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 07 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən bir neçə dəfə telefon vasitəsi ilə zəng olunaraq Ucar rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir, lakin borclu çağırışlardan yayınaraq Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 11 avqust 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 03 sentyabr 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 1860 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq, heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən borclu barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və həmin protokol təmin olunaraq Ucar Rayon Məhkəməsinin 3(063)-385/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarla inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra borclu Şəxs qısa zamanda aliment borcunu ödəyəcəyini bildirmiş, lakin bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilməsinə baxmayaraq, çağırışlardan yayınmışdır. Təkrar olaraq Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 noyabr 2025-ci il tarixli, 5-80-11/2-1654/2025 saylı arayışına əsasən məlum olmuşdur ki, borclu Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İcra məmuru tərəfindən borclu barəsində yenidən 18 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 19 noyabr 2025ci il tarixdə borclu Şəxs barəsində 750207 nömrəli axtarış işi açılaraq barəsində axtarış elan olunmuşdur. 12 yanvar 2026-cı il tarixdə Ucar Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs aliment borcu 3844 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X7 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 14 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 12 avqust 2007-ci ildə doğulmuş X2, 03 aprel 2009-cu ildə doğulmuş X3, 03 sentyabr 2011-ci ildə doğulmuş X4, 21 avqust 2014-cü ildə doğulmuş X5 və 15 avqust 2017-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu Şəxs dövlət rüsumuna görə 94 (doxsan dörd) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 07 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən bir neçə dəfə telefon vasitəsi ilə zəng olunaraq Ucar rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir, lakin borclu çağırışlardan yayınaraq Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 11 avqust 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 03 sentyabr 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 1860 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq, heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən borclu barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və həmin protokol təmin olunaraq Ucar Rayon Məhkəməsinin 3(063)-385/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarla inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra borclu Şəxs qısa zamanda aliment borcunu ödəyəcəyini bildirmiş, lakin bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilməsinə baxmayaraq, çağırışlardan yayınmışdır. Təkrar olaraq Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 noyabr 2025-ci il tarixli, 5-80-11/2-1654/2025 saylı arayışına əsasən məlum olmuşdur ki, borclu Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İcra məmuru tərəfindən borclu barəsində yenidən 18 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 19 noyabr 2025ci il tarixdə borclu Şəxs barəsində 750207 nömrəli axtarış işi açılaraq barəsində axtarış elan olunmuşdur. 12 yanvar 2026-cı il tarixdə Ucar Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs aliment borcu 3844 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Namiq adlı (bildiyinə görə jurnalist kimi fəaliyyət göstərən) Ucar şəhər sakininə 500 manat məbləğində pul vermiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin pul zərərçəkmiş şəxsə çatmamışdır. O, maddi imkanın olmaması ucbatından nə əvvəllər, nə dəki hazırkı vaxtadək heç bir ödəniş edə bilməmişdir. Hazırda ikinci dəfə ailə həaytı qurduğu xanımla da olan nikahı məhkəmə qaydasında pozulmuş və həmin nikahdan olan uşağına da ayda 70 manat aliment ödəyir. Odur ki, bu halların nəzərə alınmasını, eləcə də bundan sonra yaranmış aliment borcunu hissə-hissə ödəyəcəyini bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, hazırda Göyçay şəhərində yerləşən kafelərin birində qabyuyan kimi fəaliyyət göstərir. Himayəsində olan uşaqları maddi cəhətdən saxlamaqda çətinlik çəkir və eyni zamanda, bildirdi ki, Şəxs hazırkı vaxtadək ona heç bir ödəniş etməmişdir. O, yaranmış aliment borcunu tam tələb edir. Əks halda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 14 may 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, 12 avqust 2007-ci ildə doğulmuş X2, 03 aprel 2009-cu ildə doğulmuş X3, 03 sentyabr 2011-ci ildə doğulmuş X4, 21 avqust 2014cü ildə doğulmuş X5 və 15 avqust 2017-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ayrı ayrılıqda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu Şəxs dövlət rüsumuna görə 94 (doxsan dörd) manat 40 (qırx) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 07 iyul 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərarlar, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borcluya icra məmuru tərəfindən bir neçə dəfə telefon vasitəsi ilə zəng olunaraq Ucar rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir, lakin borclu çağırışlardan yayınaraq Ucar rayon icra və probasiya şöbəsinə qərəzli olaraq gəlməmişdir. Borclu barəsində 11 avqust 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 03 sentyabr 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə 1860 manat aliment borcu ondan tələb olunmasına baxmayaraq, heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən borclu barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və həmin protokol təmin olunaraq Ucar Rayon Məhkəməsinin 3(063)-385/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarla inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra borclu Şəxs qısa zamanda aliment borcunu ödəyəcəyini bildirmiş, lakin bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilməsinə baxmayaraq, çağırışlardan yayınmışdır. Təkrar olaraq Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 noyabr 2025-ci il tarixli, 5-80-11/2-1654/2025 saylı arayışına əsasən məlum olmuşdur ki, borclu Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İcra məmuru tərəfindən borclu barəsində yenidən 18 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, 19 noyabr 2025-ci il tarixdə borclu Şəxs barəsində 750207 nömrəli axtarış işi açılaraq barəsində axtarış elan olunmuşdur. 12 yanvar 2026-cı il tarixdə Ucar Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən Ucar rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, izahatı alınaraq icra sənədinin icrası ondan tələb edilmişdir. Borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 768/2025-008 saylı, 03 iyul 2025-ci il tarixli icra sənədinə əsasən borclu ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs aliment borcu 3844 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzə alıram. Məhkəmə araşdırması zamanı Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs etmənin əvvəli 12 yanvar 2026-cı il tarixdən, saat 12:55-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(5-164)-26/2026
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-26/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver