Məhkəmə qərarları › İş №3(5-164)-27/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-27/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-27/2026 15.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ucar rayonu, Müsüslü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X3 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-94/2025 saylı, 12 fevral 2025 ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 11450 (on bir min dörd yüz əlli) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 (on bir) manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. İcra sənədi 04 aprel 2025-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borclu Şəxs ilə 2 dəfə telefon vasitəsi ilə əlaqə saxlanılaraq İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi ilə tanış olmasını və tələbkar Zərərçəkmiş şəxs olan 12027 manat borcu ödənilməsi tələb edilmiş, lakin borclu 10 gün ərzində tələbkarla problemini həll edib gələcəyini bildirmişdir. Borclu dediyi vaxtda icra və probasiya şöbəsinə gəlməmişdir. Borcluya 29 oktyabr 2025-ci il tarixdə sms bildiriş göndərilmiş, hətta sms bildiriş çatdırılsa belə icra məmurunun çağrışlarından yayınmışdır. Ucar rayonu, Müsüslü kənd nümayəndəliyinin təqdim etdiyi arayışdan məlum olmuşdur ki borclu Şəxs Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Borclu Şəxs barəsində 09 yanvar 2026-cı il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 15 yanvar 2026-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucra Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-94/2025 saylı, 12 fevral 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan Şəxs borcu 12027 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-94/-2025 saylı, 12 fevral 2025 ci-il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 11450 (on bir min dörd yüz əlli) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 (on bir) manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. İcra sənədi 04 aprel 2025-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir.Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borclu Şəxs ilə 2 dəfə telefon vasitəsi ilə əlaqə saxlanılaraq İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi ilə tanış olmasını və tələbkar Zərərçəkmiş şəxs olan 12027 manat borcu ödənilməsi tələb edilmiş, lakin borclu mən 10 gün ərzində tələbkarla problemimi həll edib gələcəyini bildirmişdir. Borclu dediyi vaxtda icra və probasiya şöbəsinə gəlməmişdir. Borcluya 29 oktyabr 2025-ci il tarixdə sms bildiriş göndərilmiş, hətta sms bildiriş çatdırılsa belə icra məmurunun çağrışlarından yayınmışdır. Ucar rayonu, Müsüslü kənd nümayəndəliyinin təqdim etdiyi arayışdan məlum olmuşdur ki borclu Şəxs Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Borclu Şəxs barəsində 09 yanvar 2026 cı il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 15 yanvar 2026-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucra Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-94/2025 saylı, 12 fevral 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan Şəxs borcu 12027 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, maddi vəziyyəti yaranmış borcu ödəməyə imkan vermir. Borcun onun vəzifəsi olduğunu anlayır. Hazırda tələbkara 1000 manat ödəniş etmiş və yaxın zamanda da borcundan ödəyəcəyinə dair vəd verir. Odur ki, bu halın nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Şəxs olna olan 12027 manat borcunu tam olaraq tələb etdiyini göstərib əks halda inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-94/- 2025 saylı, 12 fevral 2025 ci-il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə 11450 (on bir min dörd yüz əlli) manat pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat pul, 29 avqust 2024-cü il tarixli məktubun alınması üçün 1 saylı “ASAN xidmət” mərkəzinə ödənilmiş 11 (on bir) manat rüsumu, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə üçün ödənilmiş 14 (on dörd) manat dövlət rüsumu və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. İcra sənədi 04 aprel 2025-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir.Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınar və daşınmaz əmlakın olmadığı aşkar edilmişdir. Borclu Şəxs ilə 2 dəfə telefon vasitəsi ilə əlaqə saxlanılaraq İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi ilə tanış olmasını və tələbkar Zərərçəkmiş şəxs olan 12027 manat borcu ödənilməsi tələb edilmiş, lakin borclu mən 10 gün ərzində tələbkarla problemimi həll edib gələcəyini bildirmişdir. Borclu dediyi vaxtda icra və probasiya şöbəsinə gəlməmişdir. Borcluya 29 oktyabr 2025-ci il tarixdə sms bildiriş göndərilmiş, hətta sms bildiriş çatdırılsa belə icra məmurunun çağrışlarından yayınmışdır. Ucar rayonu, Müsüslü kənd nümayəndəliyinin təqdim etdiyi arayışdan məlum olmuşdur ki borclu Şəxs Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Borclu Şəxs barəsində 09 yanvar 2026 cı il tarixdə axtarış haqqında qərar qəbul olunaraq Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu 15 yanvar 2026-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ucra Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)-94/2025 saylı, 12 fevral 2025-ci il tarixli icra sənədinə əsasən borclu Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan Şəxs borcu 12027 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. İşdə olan 15 yanvar 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs hesabına sözügedən tarixdə 20:07-də 1000 AZN məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “İcra haqqında Qanun”un 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borclu olduğu məbləğdən 1000 manat ödəniş etməsi sonuncunun əməlində icra sənədinin üzrsüz səbəbdən (qəsdən) icra edilməməsi kimi nəzərə alınmamalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Göstərilənlərdən əlavə olaraq qeyd edirəm ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il Qərarı”nda təsbit olunduğu kimi, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl hüquq nəzəriyyəsi baxımından “uzanan hüquq pozuntusunu” özündə ehtiva edir. Belə olan halda, “Uzanan hüquqpozuntuları” üçün səciyyəvi xarakter daşıyan, yəni qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasının konkret hərəkətlərin dayandırılması məqamında başa çatması subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Lakin hazırkı iş üzrə Şəxs tərəfindən icra sənədinin icrası istiqamətində əlindən gələn mümkün və potensial ödəniş tədbirlərini həyata keçirməsi icra sənədinin icra edilməsi istiqamətində hərəkətlərin dayandırılması anlamına gəlmir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini rəhbər tutaraq araşdırma apararkən müəyyən etmişdir ki, Konstitusiya Məhkəməsinin verdiyi şərhin məzmunundan da aydın olur ki, icra məmuru şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edərkən qanunvericilikdən irəli gələn tələblərə və qeyd edilən qərarın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarının) məzmununa diqqət yetirməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin həmin Qərarda əlavə olaraq qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Bundan əlavə, qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, sözügedən Qanunla məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlirəm ki, icra sənədinin icra edilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icradan boyun qaçırması, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldım:

1. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

2. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar