Məhkəmə qərarları › İş №3(5-164)-45/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-45/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-45/2026 30.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (deməsinə görə subay), orta təhsilli, işləməyən, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-386/2023 cü il saylı, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 27 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2020-ci ildə doğulmuş X3 yetikinlik yaşına çatanadək saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 17 oktyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə aliment borcunun yaranması və ödənilməsi barədə məlumat verilmiş və 22 noyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət edilərək yaranan aliment borcu ondan tələb edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş, iltizamı alınaraq ona vaxt verilmişdir. Bundan sonra borclu Şəxs aliment borcundan 13 fevral 2023-cü il tarixdə 200 manat və 25 fevral 2024-ci ildə 40 manat ödəniş etmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı əlaqə saxlanılaraq daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmiş, lakin borclu icra məmurunun qanuni tələblərini icra etməyərək çağırışlardan yayınmış, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclunun barəsində 12 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Ucar rayon Polis Şöbəsi tərəfindən 06 mart 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, icra sənədinin icrası ondan tələb edilmiş, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə ödəniş etməmişdir. Borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmiş, borclu izahatında fərdi qaydada haqqı ödənilən taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir, lakin yaranmış aliment borcunun ödənilməsini təmin etməmiş və buna təşəbbüs göstərməmişdir. 06 mart 2024-cü il tarixdə borclu barəsində protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və həmin protokol təmin olunaraq 3(063)-45/2024 saylı, 07 mart 2024cü il tarixli qərarla təqsirli bilinərək 500 manat məbləğində cərimə inzibati təhbeh tətbiq edilmişdir. 06 mart 2024-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət olunaraq 8(063)-12/2024 saylı, 28 mart 2024-cü il tarixli qərardadla borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu 08 mart 2024-cü il tarixdə 50 manat, 12 aprel 2024-cü il tarixdə 150 manat, 09 avqust 2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. İcra məmuru tərəfindən 1 il 10 ay müddətində borclu ilə bir neçə dəfə əlaqə saxlanılaraq alimentin ödənilməsinin səbəbi soruşulmuş, lakin cavabında işsiz olduğunu bildirmişdir. Təkrar olaraq 2 dəfə Ucar rayon icra və probasiya gəlməsi bildirilmiş, lakin məcburi gətirilmə haqqında qərar ünvanına göndərildikdən sonra Ucar rayon icra və probasiya şöbəsinə gəlmişdir. Borclunun izahatı alınaraq aliment ödənişi ondan tələb edilmiş, lakin heç bir üzürlü səbəb olmadan ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 386/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcu 4350 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-386/2023 cü il saylı, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 27 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2020-ci ildə doğulmş X3 yetikinlik yaşına çatanadək saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 17 oktyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır.İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə aliment borcunun yaranması və ödənilməsi barədə məlumat verilmiş və 22 noyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət edilərək yaranan aliment borcu ondan tələb edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş, iltizamı alınaraq ona vaxt verilmişdir. Bundan sonra borclu Şəxs aliment borcundan 13 fevral 2023-cü il tarixdə 200 manat və 25 fevral 2024-ci ildə 40 manat ödəniş etmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı əlaqə saxlanılaraq daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmiş, lakin borclu icra məmurunun qanuni tələblərini icra etməyərək çağırışlardan yayınmış, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclunun barəsində 12 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərarı qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Ucar rayon Polis Şöbəsi tərəfindən 06 mart 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, icra sənədinin icrası ondan tələb edilmiş, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə ödəniş etməmişdir. Borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmiş, borclu izahatında fərdi qaydada haqqı ödənilən taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir, lakin yaranmış aliment borcunun ödənilməsini təmin etməmiş və buna təşəbbüs göstərməmişdir. 06 mart 2024-cü il tarixdə borclu barəsində protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və həmin protokol təmin olunaraq 3(063)-45/2024 saylı, 07 mart 2024cü il tarixli qərarla təqsirli bilinərək 500 manat məbləğində cərimə inzibati təhbeh tətbiq edilmişdir. 06 mart 2024-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət olunaraq 8(063)-12/2024 saylı, 28 mart 2024-cü il tarixli qərardadla borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu 08 mart 2024-cü il tarixdə 50 manat, 12 aprel 2024-cü il tarixdə 150 manat, 09 avqust 2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. İcra məmuru tərəfindən 1 il 10 ay müddətində borclu ilə bir neçə dəfə əlaqə saxlanılaraq alimentin ödənilməsinin səbəbi soruşulmuş, lakin cavabında işsiz olduğunu bildirmişdir. Təkrar olaraq 2 dəfə Ucar rayon icra və probasiya gəlməsi bildirilmiş, lakin məcburi gətirilmə haqqında qərar ünvanına göndərildikdən sonra Ucar rayon icra və probasiya şöbəsinə gəlmişdir. Borclunun izahatı alınaraq aliment ödənişi ondan tələb edilmiş, lakin heç bir üzürlü səbəb olmadan ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 386/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcu 4350 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, mütəmadi olaraq Rusiya Federasiyasına işləmək məqsədilə gedib gəlir. Hazırda onun ölkədən getmək hüququ məhdudlaşdırıldığından o, Ucar rayonunda yaşayır və heç bir yerdə işləmir. Ona görə də maddi imkanı olmadığından yaranmış borcu artıq iki ilə yaxındır ki, ödəyə bilmir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Ucar Rayon Məhkəməsinin 2(063)-386/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4350 manat aliment borcunun təşkil etdiyini, həmin borcu tam olaraq tələb etdiyini göstərib ödənilməyi halda onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini və inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 386/2023 cü il saylı, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 27 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2020-ci ildə doğulmş X3 yetikinlik yaşına çatanadək saxlanılması üçün hər ay 145 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi müvafiq olaraq 17 oktyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır.İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icra edilməmiş, borclu icra məmurunun çağırışlarından yayınmışdır. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir. Borcluya icra məmuru tərəfindən telefon vasitəsi ilə aliment borcunun yaranması və ödənilməsi barədə məlumat verilmiş və 22 noyabr 2023-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət edilərək yaranan aliment borcu ondan tələb edilməsinə baxmayaraq heç bir ödəniş etməmiş, iltizamı alınaraq ona vaxt verilmişdir. Bundan sonra borclu Şəxs aliment borcundan 13 fevral 2023-cü il tarixdə 200 manat və 25 fevral 2024-ci ildə 40 manat ödəniş etmişdir. Borcluya tərəflərindən dəfələrlə icra sənədinin icrası ilə bağlı əlaqə saxlanılaraq daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmiş, lakin borclu icra məmurunun qanuni tələblərini icra etməyərək çağırışlardan yayınmış, şöbəyə gəlməmişdir. Qeyd olunanlara əsasən borclunun barəsində 12 yanvar 2024-cü il tarixdə axtarış haqqında qərarı qəbul edilərək Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Ucar rayon Polis Şöbəsi tərəfindən 06 mart 2024-cü il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə təqdim edilmiş, icra sənədinin icrası ondan tələb edilmiş, icra məmurunun qanuni tələbini icra etməyərək tələbi yerinə yetirməmiş, icra sənədi üzrə ödəniş etməmişdir. Borclunun izahatı alınmış və yaranmış borcunun ödənilməsi ondan tələb edilmiş, borclu izahatında fərdi qaydada haqqı ödənilən taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir, lakin yaranmış aliment borcunun ödənilməsini təmin etməmiş və buna təşəbbüs göstərməmişdir. 06 mart 2024-cü il tarixdə borclu barəsində protokol tərtib olunaraq Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və həmin protokol təmin olunaraq 3(063)-45/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarla təqsirli bilinərək 500 manat məbləğində cərimə inzibati təhbeh tətbiq edilmişdir. 06 mart 2024-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət olunaraq 8(063)-12/2024 saylı, 28 mart 2024cü il tarixli qərardadla borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu 08 mart 2024-cü il tarixdə 50 manat, 12 aprel 2024-cü il tarixdə 150 manat, 09 avqust 2024-cü il tarixdə 150 manat ödəniş etmişdir. İcra məmuru tərəfindən 1 il 10 ay müddətində borclu ilə bir neçə dəfə əlaqə saxlanılaraq alimentin ödənilməsinin səbəbi soruşulmuş, lakin cavabında işsiz olduğunu bildirmişdir. Təkrar olaraq 2 dəfə Ucar rayon icra və probasiya gəlməsi bildirilmiş, lakin məcburi gətirilmə haqqında qərar ünvanına göndərildikdən sonra Ucar rayon icra və probasiya şöbəsinə gəlmişdir. Borclunun izahatı alınaraq aliment ödənişi ondan tələb edilmiş, lakin heç bir üzürlü səbəb olmadan ödəniş etməmişdir. Ucar Rayon Məhkəməsinin 2(063)- 386/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs aliment borcu 4350 manat təşkil edir. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da yaranmış borcun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, icra məmurunun çağırışlarına qərəzli olaraq gəlməməsini və bununla da barəsində axtarış elan edilməsini, müəyyən müddətdə icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 30 yanvar 2026-cı il tarixdən saat 13:15-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar