Məhkəmə qərarları › İş №3(5-164)-48/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-48/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-48/2026 02.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (deməsinə görə subay), orta təhsilli, işləməyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Ucar rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon icra və probasiya şöbəsinin icra məmuru X2 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə 02 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Ucar Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və iş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1145/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin, borclu Şəxs borca görə 5000 (beş min) manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair ərizəçi Zərərçəkmiş şəxs ilə maraqlı şəxs Şəxs arasında 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilmişdir. İcra sənədi 05 noyabr 2025-ci il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınmaz əmlakın olduğu aşkar edilmişdir. Həmin daşınmaz əmlak **********74- 10301 reyestr nömrəli fərdi yaşayış evidir. Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, 05 iyun 2002-ci il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyindən tələbi qeyd edilən fərdi yaşayış evinə yönəldilməsi mümkün olmamışdır. Borclu Şəxs ilə dekabr ayı 2025-ci il tarixdə bir neçə dəfə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılaraq tələbkar Zərərçəkmiş şəxs ödəniləcək 5000 manat borc tələb edilmiş, borclu qısa zamanda borcundan ən azından 500 manat bele olsa ödəcəyini bildirmişdir. Nəticədə borcluya tələbkarın hesabı təqdim olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Sonradan borclu Şəxs ilə telefonla əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə belə, icra məmurunun çağırışından yayınmışdır. 08 yanvar 2026 və 12 yanvar 2026-cı il tarixlərdə borcluya sms bildiriş göndərilərək şöbəyə dəvət olunmuşdur. 14 yanvar 2026-cı il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə gələrək izahatı alınmış, izahatında qərar və bildirişlə tanış olduğunu bildirərək hissə-hissə ödəcəyini qeyd etmiş, 19 yanvar 2026-cı il tarixdə ***-**** manat ödəniş edəcəyini bildirsə belə, heç bir ödəniş etməmişdir. 14 yanvar 2026-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və 20 yanvar 2026-ci il tarixli, 8(5-164)-6/2026 saylı qərardadla ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 22 yanvar 2026-cı il tarixdə iltizamında qeyd etmişdir ki, 02 fevral 2026-ci il tarixdə 500 manat ödəniş edəcək, lakin iltizama əməl etməmişdir. Borclu bu gün yəni 02 fevral 2026-cı il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədində qeyd olunan 5000 manat məbləğdən ödənilməsi tələb edilmiş nəticədə heç bir ödəniş olmamışdır. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Ucar rayon icra və probasiya icra məmuru X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1145/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin, borclu Şəxs borca görə 5000 (beş min) manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair ərizəçi Zərərçəkmiş şəxs ilə maraqlı şəxs Şəxs arasında 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilmişdir. İcra sənədi 05 noyabr 2025-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınmaz əmlakın olduğu aşkar edilmişdir.Həmin daşınmaz əmlak **********74- 10301 reyestr nömrəli fərdi yaşayış evidir. Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyindən tələbi qeyd edilən fərdi yaşayış evinə yönəldilmısi mümkün olmamışdır. Borclu Şəxs ilə dekabr ayı 2025-ci il tarixdə bir neçə dəfə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılaraq tələbkar Zərərçəkmiş şəxs ödəniləcək 5000 manat borc tələb edilmiş, borclu qısa zamanda borcundan ən azından 500 manat bele olsa ödəcəyini bildirmişdir.Nəticədə borcluya tələbkarın hesabı təqdim olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir.Sonradan borclu Şəxs ilə telefonla əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə belə icra məmurunun çağırışından yayınmışdır. 08 yanvar 2026 və 12 yanvar 2026-cı il tarixlərdə borcluya sms bildiriş göndərilərək şöbəyə dəvət olunmuşdur. 14 yanvar 2026-cı il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə gələrək izahatı alınmış, izahatında qərar və bildirişlə tanış olduğunu bildirərək hissə-hissə ödəcəyini qeyd etmiş, 19 yanvar 2026-cı il tarixdə ***-**** manat ödəniş edəcəyini bildirsə belə heç bir ödəniş etməmişdir. 14 yanvar 2026-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və 20 yanvar 2026-ci il tarixli, 8(5-164)-6/2026 saylı qərardadla ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 22 yanvar 2026-cı il tarixdə iltizamında qeyd etmişdir ki, 02 fevral 2026-ci il tarixdə 500 manat ödəniş edəcək, lakin iltizama əməl etməmişdir. Borclu bu gün yəni 02 fevral 2026-cı il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədində qeyd olunan 5000 manat məbləğdən ödənilməsi tələb edilmiş nəticədə heç bir ödəniş olmamışdır. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Odur ki, icra sənədi üzrə üzərinə düşən öhdəlik Şəxs tərəfindən lazımınca icra olunmadığına görə sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə, müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, maddi imkanı olmadığından hazırkı vaxtadək icra sənədini icra edə bilməmişdir. Lakin söz verir ki, hər ay anasının pensiyasından müəyyən məbləğ ödəniş edəcəkdir. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, İİ Qarabağ döyüşlərində yaralnmış və qazi statusunu almışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onu aldadır, dəfələrlə vaxt verməsinə baxmayaraq, sonuncu hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmaqla sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan sənədlərin surətlərindən görünür ki, Ucar Rayon Məhkəməsinin 2(063)- 1145/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Həmçinin, borclu Şəxs borca görə 5000 (beş min) manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsinə dair ərizəçi Zərərçəkmiş şəxs ilə maraqlı şəxs Şəxs arasında 12 may 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞŞ/MT00743 nömrəli barışıq sazişinin 1-ci və 2-ci bəndləri təsdiq edilmişdir. İcra sənədi 05 noyabr 2025-ci il il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. İş üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilərək icra sənədinin icrası ondan tələb edilmişdir. Tələb könüllü qaydada icraya göndərilmişdir. Borcluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən etmək üçün Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnfomasiya Sisteminin” inteqrasiya edilmiş məlumat bazasına (EMF) sorğular edilmiş, nəticədə daşınmaz əmlakın olduğu aşkar edilmişdir.Həmin daşınmaz əmlak **********74- 10301 reyestr nömrəli fərdi yaşayış evidir. Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 nömrəli, xx.xx.2002-cü il tarixli “Fiziki şəxs barəsində icra sənədi icra edilərkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin Siyahısı”-nın 1,2 və 3-cü bəndlərinin təsiri dairəsinə aid edildiyindən tələbi qeyd edilən fərdi yaşayış evinə yönəldilmısi mümkün olmamışdır. Borclu Şəxs ilə dekabr ayı 2025-ci il tarixdə bir neçə dəfə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılaraq tələbkar Zərərçəkmiş şəxs ödəniləcək 5000 manat borc tələb edilmiş, borclu qısa zamanda borcundan ən azından 500 manat bele olsa ödəcəyini bildirmişdir.Nəticədə borcluya tələbkarın hesabı təqdim olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir.Sonradan borclu Şəxs ilə telefonla əlaqə saxlanılaraq Ucar rayon icra və probasiya şöbəsinə gəlməsi tələb edilsə belə icra məmurunun çağırışından yayınmışdır. 08 yanvar 2026 və 12 yanvar 2026-cı il tarixlərdə borcluya sms bildiriş göndərilərək şöbəyə dəvət olunmuşdur. 14 yanvar 2026-cı il tarixdə borclu Şəxs Ucar rayon icra və probasiya şöbəsinə gələrək izahatı alınmış, izahatında qərar və bildirişlə tanış olduğunu bildirərək hissə-hissə ödəcəyini qeyd etmiş, 19 yanvar 2026-cı il tarixdə ***-**** manat ödəniş edəcəyini bildirsə belə heç bir ödəniş etməmişdir. 14 yanvar 2026-ci il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət olunmuş və 20 yanvar 2026-ci il tarixli, 8(5-164)-6/2026 saylı qərardadla ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 22 yanvar 2026-cı il tarixdə iltizamında qeyd etmişdir ki, 02 fevral 2026-ci il tarixdə 500 manat ödəniş edəcək, lakin iltizama əməl etməmişdir. Borclu bu gün yəni 02 fevral 2026-cı il tarixdə Ucar rayon icra və probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, icra sənədində qeyd olunan 5000 manat məbləğdən ödənilməsi tələb edilmiş nəticədə heç bir ödəniş olmamışdır. Hazırda tələbkar icra sənədinin tam icra edilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Ona görə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il qərarı”nda qeyd olunmuşdur ki,məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını və maddi vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra hərəkətləri ilə bağlı uzun müddət laqeydlik nümayiş etdirməsini və icradan yayınmasını, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq, onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs etmənin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 12:40-dan hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ucar rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar