Məhkəmə qərarları › İş №3(5-164)-58/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-58/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-58/2026 12.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayonu, Alpı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ucar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 noyabr 2025-ci il tarixdə Ucar rayonunun Alpı kəndində Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13 noyabr 2025-ci il tarixdə Ucar rayonunun Alpı kəndində Zərərçəkmiş şəxs döyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirdiyini bildirdi. Eyni zamanda, 24 iyun 2024-cü il tarixli qərarda Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasının rədd edildiyini, barəsində inzibati qaydada müvafiq tədbirin görülməsi üçün İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib etməklə müvafiq tədbir görülməsi üçün məhkəməyə təqdim etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 13 noyabr 2025-ci il tarixdə, saat 15:23 radələrində idarə etdiyi avtomobillə Ucar rayonunun Alpı kəndində yerləşən evinə gələn zaman yolda Nərgizlə rastlaşmışdır. Həmin vaxt Nərgizin istifadəsində olan mobil telefonla onu videoya çəkdiyini görmüşdür. O, idarə etdiyi avtomobili Nərgizin yanında saxlamış, avtomobildən düşərək Nərgizə yaxınlaşmış və nə üçün onu mobil telefonla çəkdiyini soruşmuşdur. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Nərgiz ona yaxınlaşdığından o, sonuncunu özündən aralamaq məqsədi ilə itələmişdir. Beləliklə, o, Nərgizi döyməmiş və sonuncuya heç bir fiziki ağrı yetirməmişdir. Odur ki, təqsiri sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs Sərvan qızı onun həmkəndlisidir. 13 noyabr 2025-ci il tarixdə, saat 15:20 radələrində o, övladını məktəbdən evə gətirən zaman Şəxs idarə etdiyi avtomobillə yoldan gəldiyini görmüşdür. Həmin vaxt Solmaz idarə etdiyi avtomobili onun yanında saxlamış, avtomobildən düşərək ona yaxınlaşmışdır. Solmaz ondan nə üçün onu mobil telefonla videoya çəkdiyini soruşduqda o, Solmaza onu videoya çəkmədiyini bildirmişdir. Bu zaman Solmaz onun boğaz nahiyəsindən əli ilə yapışmış, daha sonra sifət nahiyəsindən bir sillə vurmuşdur. Daha sonra isə Solmaz oradan uzaqlaşmışdır. Bundan sonra o, bu barədə DİNin 102 xidmətinə məlumat vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sərvan qızından şikayətçidir və barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, iş üzrə ədalətli, obyektiv araşdırma aparılması üçün tərəfindən verilmiş vəsatət təmin edilmiş və iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyindən də görünür ki, araşdırma ilə bağlı materialda olan imza Şəxs məxsus olsa da, izahatın onun tərəfindən yazılmaması aşkar görünür. Nəzərə alınsa ki, izahatda da qeyd edildiyi kimi, yəni “izahat Şəxs sözləri ilə yazılmışdır” ifadəsi olsa belə, Solmazla apardığı söhbət zamanı sonuncu bildirmişdir ki, təqdim edilən kağız ağ kağız olmuş və Solmaza polis əməkdaşları tərəfindən “bura imza et” deyilmişdir (lakin bu halı təsdiq edə biləcək hər hansı sübut mövcud deyildir). Ona görə də hesab edir ki, əvvəla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti ötmüş, ikincisi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində sözügedən inzibati xəta hadisəsinin olması öz təsdiqini tapmadığından sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Ucar RPŞ-nin TB-nin baş təhqiqatçısı Yusif Xəlilov tərəfindən qəbul edilmiş 19 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” X3 14 noyabr 2025-ci il tarixli, 362 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sağ yanaq nahiyəəsinin qançırları küt alətin (əşyaların) təsirindən əmələ gəlmiş, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir, yaranma müddəti 13 noyabr 2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarına görə dərəcəsi təyin edilmir. İşdə olan zərərçəkmiş şəxs tərəfindən 12 fevral 2026-cı il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, Solmaz Hüseynovdan şikayətçi olmaqla, sonuncu barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İşdə olan Ucar Rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 1(063)-63/2025 nömrəli hökmünün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzalar qismən toplama yolu ilə ona qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci, 1.16-cı və 5.1-ci bəndlərinə əsasən də ona qəti olaraq təyin edilmiş 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2026-cı il tarixdə verilmiş 8/254 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin HK-1/1573 nömrəli materialının 5-ci vərəqində olan xx.xx.2025-ci il tarixli izahatda “Mən bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət daşımağım barədə xəbərdar olundum” qrafasının altındakı imza və sonundakı “İmza” qrafasındakı imza — Şəxs tərəfindən icra edilmişdir. Həmçinin ekspertizaya təqdim edilmiş Ucar Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin HK-1/1573 nömrəli materialının 5-ci vərəqində olan xx.xx.2025-ci il tarixli izahatda “Mənə verilən suallara cavab olaraq göstərirəm ki” qrafasındakı əlyazmaları — Şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə xətşünaslıq ekspertizasının dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 215.5, 221, 227, 229, 232-1, 244-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274- 1, 275.4, 275.5, 279.2, 279.3, 284.2, 286, 290.3, 294-5.5, 294- 6, 295.6, 295.7, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327- 1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338- 1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343- 1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmiş, bu faktın əksini sübut edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta hadisəsini etiraf etməməsinə tənqidi yanaşaraq hesab edirəm ki, bu hal özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınmaq kimi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi (və ya xitam) haqqında qərar "19" noyabr 2025-ci il tarixdə qəbul edilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı tarixədək isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın verildiyi gündən etibarən 3 aylıq müddət keçmişdir. Məhkəmə bu hala hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən vaxt ərzində inzibati araşdırma müddəti dayandığından qanunvericilikdə imperativ norma olaraq göstərilən üç aylıq müddət (İXM-nin 38.3-cü maddəsində qeyd edilən müddət) ötürülməmişdir. Bu hal isə şəxs barəsində inzibati araşdırmanın davam etdirilməsini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə çəkilmiş 250 (iki yüz əlli) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38.3, 39.1, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Məhkəmə məsrəfi olan məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə çəkilmiş 250 (iki yüz əlli) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Ucar rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar