Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-66/2026 18.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Məmmədov Seyfəddin Ədil oğlunun katibliyi, X1, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 12 yanvar 2026-cı il tarixdə "xxxx" ASC-nin Ucar filialında keçirilmiş planlı YTM zamanı X2 1.9.2 və 10.4-cü bəndlərinin tələbləri pozulduğuna görə bankın vəzifəli şəxsi qismində X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, FHN DYNX-nin Aran Rayon Dövlət Yanğına Nəzarət İdarəsi tərəfindən 12 yanvar 2026-cı il tarixdə tərtib edilmiş ******* saylı protokola və 26 yanvar 2026-cı il tarixli, ******* saylı qərara əsasən "xxxx" ASC-nin Ucar filialında X2 1.9.2 və 10.4-cü bəndlərinin tələblərinin pozulduğundan Bankın vəzifəli şəxsi kimi o, yəni X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Lakin qeyd olunan inzibati tənbeh tədbiri ilə razı deyildir. İnzibati tənbehin əsası kimi X2 1.9.2 və 10.4-cü bəndlərinin Bank tərəfindən pozulması göstərilmişdir. Qaydaların 1.9.2-ci bəndinə münasibətdə: həmin bəndə əsasən, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi tələb olunur. "xxxx" ASC-nin İdarə Heyətinin 26 noyabr 2019-cu il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASCdə əməyin mühafizəsi işinin təşkili və aparılmasına dair Metodik Göstərişlərin 9-cu bəndində yanğın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər ətraflı şəkildə müəyyən edilmişdir. X9 bankdaxili normativ sənədlərin reyestrində dərc edilmiş və bank əməkdaşları üçün əlçatan vəziyyətə gətirilmişdir. Bundan əlavə, Bankın bütün filiallarında əməkdaşlar mütəmadi olaraq bu MG-nin tələbləri barədə yenidən məlumatlandırılır və bu barədə "xxxx" ASC-də yanğın təhlükəsizliyinə dair dövri Metodik Göstərişlər jurnalında müvafiq qeydlər aparılır. Belə ki, jurnalın məhkəməyə təqdim edilən şəkillərindən də göründüyü kimi, Bankın Ucar filialının bütün əməkdaşları 25 dekabr 2025-ci il tarixində Metodik Göstərişlərin tələbləri ilə yenidən məlumatlandırılmışlar və bunu imzaları ilə təsdiq etmişlər. Eyni zamanda qeyd FHN əməkdaşları tərəfindən yoxlama aparılan zaman Bankın nümayəndəsi tərəfindən əməkdaşlara bankda mövcud olan yanğınsöndürmə vasitələri barədə məlumat verilmiş, müvafiq sənədlər, o cümlədən Metodik Göstərişlər jurnalı təqdim edilmişdir. Yoxlama prosesinin əsas hissəsi filial müdirinin otağında baş verdiyindən və həmin otaqda müşahidə kamerası olmadığından bu məqam videoyazılarda tam əks olunmamışdır. Bununla belə, əməkdaş tərəfindən müvafiq sənədlərin filial müdirinin otağına aparılması görüntüləri qeydə alınmış və məhkəməyə elektron daşıyıcıda təqdim ediləcəkdir. Həmçinin yanğın təhlükəsizliyi qaydaları və təxliyə planı mövzusunda əməyin mühafizəsi üzrə mühəndis tərəfindən filial əməkdaşları üçün mütəmadi olaraq “Zoom” platforması üzərindən təlimlər keçirilir. Ucar filialının əməkdaşları üçün belə təlim 14 avqust 2025-ci il tarixində keçirilmiş və bu faktı təsdiq edən sənədlər məhkəməyə təqdim olunur. Qaydaların 10.4-cü bəndinə münasibətdə: həmin bəndə əsasən, otaq, bina və tikililər normativlərə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Yanğın təhlükəsizliyi sahəsində müvafiq lisenziyaya malik hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında bu hüquqi şəxslər tərəfindən bank üçün su ilə işləyən yanğınsöndürən avadanlıqlara və qazlı yanğınsöndürmə sistemlərinə texniki xidmət servis, yanğınsöndürmə balonlarının keyfiyyətinin bərpası və ya təkrar doldurulması və yeni yanğınsöndürmə balonlarının təmin olunması həyata keçirilir. Təqdim edilən sənədlərdən də göründüyü kimi, Ucar filialı 2021-ci ildə zəruri yanğınsöndürmə vasitələri ilə təmin edilmiş, 2023 və 2025-ci illərdə isə həmin vasitələrin texniki vəziyyəti yoxlanılmış və müvafiq təhvil-təslim aktları əsasında yenidən istifadəyə verilmişdir. Bununla yanaşı, filialda hər ay filial müdiri və yanğın təhlükəsizliyinə cavabdeh şəxsin iştirakı ilə yanğınsöndürmə balonlarına baxış keçirilmiş, onların texniki göstəricilərinin normaya uyğun olduğu müəyyən edilmişdir. Bu yoxlamaların nəticələri hər ay üzrə aktlaşdırılmış və iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmişdir. (2025-ci il üzrə bütün aylara dair müvafiq sənədlər şikayətə əlavə olunmuşdur). Qeyd olunanlara əsasən Bankın vəzifəli şəxsi barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərar əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Bundan əlavə mübahisələndirilən 26 yanvar 2026-cı il tarixli, ******* saylı qərar rəsmi qaydada ona 04 fevral 2026-cı il tarixdə təqdim edilmişdir. Bu hal poçt zərfi və poçt göndərişlərinin izlənilməsi sistemindən çıxarışla təsdiq olunur və məhkəməyə əlavə edilir. Odur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayət ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, "xxxx" ASC-nin Ucar filialında mütəmadi olaraq yanğından mühafizə qaydaları ilə bağlı şifahi təlimlər keçirilmişdir. Lakin o, yanğından mühafizə qaydalarının konkret olaraq hansı mövzuları əhatə etdiyindən məlumatsızdır. Bundan əlavə olaraq onu da qeyd etmək lazımdır ki, bankın filialında yanğınsöndürən balonlar mövcud olmuşdur, amma həmin balonlar asılqanda deyil, yerdə olmuşdur. Həmçinin bu balonların dəqiq olaraq harada quraşdırlması barədə isə dəqiq məlumatı olmamışdır. Buna baxmayaraq bankın Ucar filialında yanğından mühafizə tədbirləri həyata keçirilmişdir. Odur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın (vəzifəli şəxsin) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək izahatında göstərdi ki, 12 yanvar 2026-cı il tarixdə "xxxx" ASC-nin Ucar filialında keçirilmiş planlı YTM zamanı X2 1.9.2 və 10.4-cü bəndlərinin tələbləri pozulduğuna görə bankın vəzifəli şəxsi qismində X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, 12 yanvar 2026-cı il tarixdə "xxxx" ASC-nin Ucar filialında keçirilmiş yoxlama zamanı yanğınsöndürən balonların müvafiq olaraq öz yerlərində deyil, yerdə olduğu müəyyən edilmişdir. Həmçinin şikayətçinin vəzifəli şəxs kimi yanğından mühafizə qaydaları, ilkin müdaxilə vasitələrinin tətbiqi və fövqəladə hallarda davranış qaydaları barədə kifayət qədər məlumatlı olmaması və bu mövzudan xəbərsiz olduğu müəyyən olunmuşdur. Bundan əlavə olaraq onu da qeyd etmək lazımdır ki, təqdim olunmuş jurnalın üz qabığında "xxxx" ASC-də Yanğın Təhlükəsizliyinə dair X4 Jurnalı yazılsa da, içərisində "xxxx" ASC-nin əməyin mühafizəsinə dair metodiki göstərişlərə dair qeydlər mövcud olmuşdur. Bu da ümumi xarakter daşıyır və konkret olaraq həmin filial üzrə yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasını və icrasını əvəz etmir. Odur ki, X7 barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən 12 yanvar 2026-cı il tarixdə "xxxx" ASC-nin Ucar filialında keçirilmiş planlı YTM zamanı X2 1.9.2 və 10.4-cü bəndlərinin tələbləri pozulduğuna görə bankın vəzifəli şəxsi qismində X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş aktlardan görünür ki, 27 fevral 2025-ci il, 05 mart 2025-ci il, 10 aprel 2025-ci il, 15 may 2025-ci il, 04 iyun 2025-ci il, 16 iyul 2025-ci il, 08 avqust 2025-ci il, 16 sentyabr 2025-ci il, 10 oktyabr 2025-ci il, 28 noyabr 2025-ci il, 24 dekabr 2025-ci il və 22 yanvar 2026-cı il tarixlərdə "xxxx" ASC-nin Ucar filialındakı 5 ədəd yanğın söndürən balona baxış keçirilmiş və təzyiq göstəricilərinin qaydasında olduğu müəyən edilmişdir. Eyni zamanda bina daxilində tez alışan maddələrin saxlanılmaması, təxliyə yollarının təmiz saxlanılması təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 22 dekabr 2025-ci il tarixli, 3-18-77/Q-4413/2025 saylı planlı (növbəli) yoxlamanın aparılması haqqında qərarına əsasən X10 Yanğın Nəzarəti İdarəsi tərəfindən "xxxx" ASC-nin Ucar filialında 12 yanvar 2026-cı il tarixdən 15 yanvar 2026-cı il tarixədək müayinənin (YTM) aparılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 12 yanvar 2026-cı il tarixli, 3-18-77/Q-4413/2025 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, X10 Yanğın Nəzarəti İdarəsi tərəfindən "xxxx" ASC-nin Ucar filialında 12 yanvar 2026-cı il tarixdə aparılmış müayinə zamanı filialda mövcud olan odsöndürən balonların düzgün yerlərindən asılmadığı, filialın işçilərinin yanğına qarşı təlimat jurnalının təqdim edilmədiyi və filialın yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri planın işlənib hazırlanmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 14 yanvar 2026-cı il tarixli, 3-18-77/2-Ə-226-21/SO/2026 nömrəli bildirişindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 yanvar 2026-cı il tarixdə, saat 10:10-da işin baxılmasında iştirak etməsi ilə bağlı bildiriş göndərilmiş və həmin bildiriş sms vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, proses iştirakçılarının izahatları, həmçinin məhkəmə iclasında toplanmış, tədqiq edilmiş mötəbər sübutlarla, müəyyən edilmişdir ki, X3 tərəfindən irəli sürülən dəlillər inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmasını təsdiq etmir və həmin qərarın ləğvi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.9.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirləri işləyib hazırlamalı və onların icrasını təmin etməlidirlər. İş materiallarından, xüsusilə 12 yanvar 2026-cı il tarixli yanğın-texniki müayinə aktından aydın olur ki, filialda yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə konkret tədbirlər planı işlənib hazırlanmayıb və təqdim edilməyib. Təqdim olunmuş "xxxx" ASC-nin əməyin mühafizəsinə dair metodiki göstərişləri ümumi xarakter daşıyır və konkret olaraq həmin filial üzrə yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasını və icrasını əvəz etmir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Qaydaların 1.9.2-ci bəndinin tələbləri faktiki olaraq yerinə yetirilməmişdir. Eyni zamanda, həmin Qaydaların 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normativlərə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli və bu vasitələr təyinatına uyğun, əlçatan və düzgün yerləşdirilmiş vəziyyətdə saxlanılmalıdır. İş üzrə müəyyən edilir ki, filialda yanğınsöndürmə balonları mövcud olsa da, onlar normativ tələblərə uyğun qaydada yerləşdirilməmiş, yəni düzgün yerlərdə quraşdırılmamışdır. Bu hal yanğın zamanı operativ müdaxilə imkanlarını məhdudlaşdırmaqla təhlükəsizlik tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Deməli, yalnız yanğınsöndürmə vasitələrinin formal mövcudluğu deyil, onların normativlərə uyğun yerləşdirilməsi və istifadəyə hazır vəziyyətdə olması tələb olunur ki, bu tələb də cavabdeh tərəfindən təmin edilməmişdir. Bundan əlavə, şikayətçi tərəfindən təqdim olunmuş “yanğın təhlükəsizliyinə dair X4 jurnalı”nın məzmunu araşdırılarkən müəyyən edilmişdir ki, həmin jurnalda əks olunan məlumatlar əsasən "xxxx" ASC-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş əməyin mühafizəsinə dair metodiki göstərişlərə aiddir və birbaşa yanğın təhlükəsizliyi üzrə konkret təlimatlandırmanı, risklərin qiymətləndirilməsini və davranış qaydalarını əhatə etmir. Bu isə təqdim olunmuş sənədin yanğın təhlükəsizliyi sahəsində tələb olunan təlimatlandırma funksiyasını tam şəkildə yerinə yetirmədiyini göstərir. Həmçinin məhkəmə iclasında aparılmış sual-cavab zamanı müəyyən edilmişdir ki, şikayətçi vəzifəli şəxs kimi yanğından mühafizə qaydaları, ilkin müdaxilə vasitələrinin tətbiqi və fövqəladə hallarda davranış qaydaları barədə kifayət qədər məlumatlı deyil. Halbuki, belə məlumatlılıq vəzifəli şəxsin birbaşa öhdəliyinə daxildir və yanğın təhlükəsizliyinin təmin edilməsinin əsas elementlərindən biridir. Təlimlərin formal keçirilməsi onların real mənimsənilməsini və tətbiq qabiliyyətini əvəz etmir. Beləliklə, məhkəmə hesab edir ki, filialda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər planının işlənib hazırlanması təmin edilməmiş, yanğınsöndürmə vasitələri normativ tələblərə uyğun yerləşdirilməmiş, təlimatlandırma və maarifləndirmə tədbirləri formal xarakter daşımış və real bilik səviyyəsi təmin edilməmişdir. Göstərilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini tam şəkildə təsdiq edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1 göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X10 Yanğın Nəzarəti İdarəsinin 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(5-164)-66/2026
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-66/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver