Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-68/2026 27.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Şevçenko şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş 26 fevral 2026-cı il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 06 iyul 2025-ci il tarixdə, saat 15:50 radələrində, Bakı-Qazax-Gürcüstan yolunun Ucar rayonu ərazisindən keçən 229-cu kilometrliyində “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Vİİİ Tağım Yol-Patrul Xidmətinin inspektoru X6 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək, bildirdi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 06 iyul 2025-ci il tarixdə, saat 15:50 radələrində, Bakı- Qazax-Gürcüstan yolunun Ucar rayonu ərazisindən keçən 229-cu kilometrliyində “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 26 fevral 2026-cı il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə ilə əlaqədar zəruri aparılmış araşdırma nəticəsində (tərtib edilmiş sxem və fotoşəkillər əsasında) Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında bildirdi ki, o, “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobili az müddət olar ki, lizinq müqaviləsi əsasında aylıq 450 manat ödəmək şərtilə "xxxx" MMC-dən götürmüşdür. Lakin sürücülük vəsiqəsi olmadığından sözügedən nəqliyyat vasitəsini X1 adına rəsmiləşdirmişdir. Belə ki, şəxsi işi ilə əlaqədar olaraq idarə etdiyi “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 06 iyul 2025-ci il tarixdə Göyçay şəhərindən Ucar şəhərinə getmiş və geri qayıdan zaman Bakı-Qazax-Gürcüstan yolunun Ucar rayonu ərazisindən keçən 229-cu kilometrliyində üzü Bakı istiqamətinə 90 km/saat sürətlə hərəkət edərkən “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Toqquşma zamanı avtomobildə özü tək olmuş, həmçinin hadisə zamanı bədən nahiyəsində müəyyən ağrılar olduğunu bildirsə də, lakin nə hadisə baş verən an, nə də ki, sonradan bu barədə heç kimə heç nə bildirməmişdir. Zərərçəkmiş şəxs dəyən ziyanı ödəmək istəsə də, maddi imkanı olmadığından ziyanı hazırkı vaxtadək ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır, qadın olmasının və digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, 06 iyul 2025-ci il tarixdə idarə etdiyi “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Bakı şəhərinə qayıdırmış. Bu zaman avtomobilldə qabaqda arvadı X3, arxada isə qızları, X4 və X5 əyləşmişlər. Belə ki, Bakı-Qazax-Gürcüstan yolunun Ucar rayonu ərazisindən keçən 229-cu kilometrliyində üzü Bakı istiqamətinə 90 km/saat sürətlə hərəkət edərkən adını sonradan bildiyi Şəxs idarə etdiyi “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı avtomobillə anidən onun qarşısında sağa dönmə hərəkəti etdiyindən yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar o özü xəsarət almasa da həmin vaxtda avtomobildə olan arvadı və qızları xəsarət aldığından dərhal hadisə yerindən təcilli tibbi yardım vasitəsilə Ucar RMX-a aparıldılar və orada onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldılar. Həmçinin hadisə zamanı idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İşdə olan 17 avqust 2014-cü il tarixli (19 avqust 2024-cü il tarixdə yenilənmiş), AC 325800 saylı Zərərçəkmiş şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, “B1, B, C1, C” dərəcəli vəsiqə 19 avqust 2034-cü il tarixədək etibarlıdır. “Elektron Məhkəmə İnformasiya” Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından edilmiş çıxarışdan görünür ki, Şəxs məxsus sürücülük vəsiqəsi aşkarlanmamışdır. İşdə olan 06 iyul 2025-ci il tarixli, 113 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktın surətindən görünür ki, Şəxs müayinəsi zamanı sərxoşluq halları aşkar edilməmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsini özündə əks etdirən sxemdən görünür ki, “Lexus ES 250” markalı, ** FT *** dövlət qeydiyyatlı nişanlı avtomobilin qabaq, “Kia Ceranto” markalı, ** YX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə yan hissələri toqquşma nəticəsində zədələnmişdir (eyni zamanda, bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqinin 22 iyul 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Yol-Patrul Xidməti Alayına göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343- 1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı iş üzrə işin faktiki halları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs dəyən maddi ziyanı ödəməmiş və nəticədə sonuncu Şəxs şikayətçi olmuşdur. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənilməməsini və nəticədə sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olmasını nəzərə alaraq Şəxs İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(5-164)-68/2026
Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-68/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver