Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(5-164)-82/2026 10.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Bədəlov Xəyal Natiq oğlu Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Ucar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə edilməsi haqqında inzibati tənbeh vermə haqqında (25 may 2025-ci il tarixli, EQ28150986 nömrəli protokol üzrə) qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etmədiyinə görə Ucar Rayon Polis Şöbəsinin vəzifəli şəxsi Orxan Qəribov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 22 dekabr 2025-ci il tarixdə İXP7691186 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarını araşdırıb bu nəticəyə gəlirəm ki, Ucar Rayon Polis Şöbəsinin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, iş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsi, ev 3, mənzil 9-da qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs yaşayış yeri Ucar rayonu olmadığına görə toplanmış material aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-110 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №3(5-164)-82/2026
Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(5-164)-82/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver