Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-20/2026 05.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X12 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Yardımlı rayonu Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(038)-431/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(038)-431/2021 saylı qətnaməsinə əsasən ondan və X2 13684.48 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq ATA Bank ASC-nin Ləgvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilməlidir. Borc ona məxsus Hyundai Azera minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Həmin avtomobil X5 tərəfindən oğurlanmış və Masallı rayon məhkəməsində iddia qaldırmış və avtomobilin alınıb ona verilməsi barədə qərar qəbul edilmişdir. X1 olduğundan ödənişləri də Şahəddin etməli idi. Bu səbəbdən və maddi imkanının olmaması səbəbindən borcunu ödəməmişdir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin icra məmuru X7 bildirmişdir ki, Səmidov X6 Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(038)-431/2021 saylı qətnaməsi üzrə icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu X8 dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Şəxs barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(038)-431/2021 saylı icra sənədindən görünür ki, Şəxs və X2 13684.48 ABŞ dolları və 30 manat dövlət rüsumu alınaraq ATA Bank ASC-nin Ləgvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə verilməlidir. Tutma Şəxs məxsus Hyundai Azera minik markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 fevral 2026-cı il tarixdən saat 16:39-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(5-165)-20/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-20/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver