Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-21/2026 09.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Yardımlı rayonu polis şöbəsinin YPXİ-nin polis baş serjantı X2 iştirakı ilə, 21 avqust 1999-cu ildə Yardımlı rayonu Bozayran kəndinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, Yardımlılı rayonu Su meliarasiya sistemində idarəsində nasos qurğularının maşinisti vəzifəsində işləyən, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Bozayran kəndinə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1, 332.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan «Chevrolet Niva 2123L minik»» markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vuraraq sonuncuya ziyan vurduğuna görə barəsində İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə 09 fevral 2026-cı il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 327.1 və 332.1-ci maddələrind nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokola həmin hissədə qiymət verilməsini istisna edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Yardımlı rayon Polis Şöbəsinin YPXİ-nin polis baş serjantı X3 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olmuş və dərhal hadisə yerinə getmişdir. Hadisə yerində araşdırılma aparılmış və nəticədə Yardımlı rayonu Bozayran kənd sakini Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan həmin gün saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «Chevrolet Niva 2123L minik»» markalı ** BB *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vurmuş və nəticədə sonuncuya maddi ziyan dəymişdir. Buna görə də Şəxs barəsində İXMnin 327.1, 332.1 və 332.4-cü maddələri ilə 09 fevral 2026-cı il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «Chevrolet Niva 2123L minik»» markalı ** BB *** dövlət qeydiyyat nişanı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vurmuş, hadisə zanamanı xəsarət alan olmamış, lakin avtomobilə maddi zərər dəymişdir. Avtomobili idarə emək üçün sürücülük vəsiqəsi almamışdır. Qarşı tərəfə dəymiş ziyanı idarə etdiyi avtomobilin icbari sığortası olduğundan sığorta şirkəti qarşılayacaqdır. Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Yol-nəqliyyat hadisəsinin sxemindən, izahatlardan və digər sənədlərdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «Chevrolet Niva 2123L minik»» markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vurmuş və nəticədə «Vaz 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomiə ziyan dəymişdir. xx.xx.2026-cı il tarixli alkotesterin nətiələrindən görünür ki, Şəxs və X1 alkoqolun sərxoşluq vəziyyəti yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2026-cı il tarixdə saat 17:05 radələrində Yardımlı şəhəri Heydər Əliyev prospektində «Chevrolet Niva 2123L minik»» markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman yolun kənarında dayanmış «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxadan vurmuş və nəticədə «VAZ 21074 minik» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomiə ziyan dəymişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə görə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs səmim peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(5-165)-21/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-21/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver