Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-25/2026 13.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi - Yardımlı rayonu polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru X1 iştirakı ilə, xx xxxx 1990-cı ildə Yardımlı rayonu Nisəqala kəndinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Yardımlı rayonu Nisəqala kəndinə yaşayan, əlilliyi olmayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Yardımlı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Passat markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə AP ******* №-li 12 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi - Yardımlı rayonu polis şöbəsinin DYPB-nin rəisi, polis mayoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Passat markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə 12 fevral 2026-cı il tarixli AP ******* saylı protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2 ay əvvəl narkotik vasitədən istifadə etmişdir. xx.xx.2026-cı il tarixdə saat 18 radələrində özünə məxsus Passat markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfində saxlanılmış və müayinədən sonra avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində protokol tərtib edilmişdir. 2 ay əvvəl narkotik vasitədən istifadə etmişdir. Rəyin nətiəsi ilə razıdır, əməlindən peşmandır.Odur ki, göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilmədini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş 12 fevral 2026-cı il tarixli 000444 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs “amfetamin və ya mütamfetamin- pozitiv aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində özünə məxsus Passat markalı ** OS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Yardımlı şəhərində narkotik sərxoşluğu vəziyyətində idarə etmişdir. İXM-nin 333-1.1-ci maddəsinə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 55.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmim peşmaçılığı əməlində məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Yardımlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(5-165)-25/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-25/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver