Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 3(5-165)-69/2026 27.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi X2 x haqqında Yardımlı Rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibatı xəta törətməsi haqqında Yardımlı Rayon Polis Şöbəsinin DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cİ il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər Yardımlı rayon polis şöbəsinə geri qaytarılmalıdır. Belə ki, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “İXM-nin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin qərarın İXM-nin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən İXM- nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə tərtib edilmişdir. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yaranır. Yəni İXM-nin 529.3-cü maddəsi özündə hər hansısa bir inzibati xəta hadisəsinin törədilməsini deyil, şəxsin əvvəllər törətdiyi inzibati xətaya görə ona tətbiq edilən inzibati tənbeh tədbirinin icra etməməsini ehtiva edir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilmə yeri kimi həmin şəxsin qeydiyyat ünvanı hesab edilməlidir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən şəxsin qeydiyyatda olduğu yer hesab olunur. X1 Çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyat ünvanı ünvan 1 məhkəmə hesab edir ki, Şəxs İXM- nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yardımlı Rayon Polis Şöbəsinin DYPİ-dən daxil olmuş xx.xx.2026-cı il tarixli İXP ******* saylı saylı inzibati xəta haqqında protokol iş materialları ilə birgə Yardımlı Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialları Yardımlı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. X5
Məhkəmə qərarları › İş №3(5-165)-69/2026
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №3(5-165)-69/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver