Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-77/2026 27.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Yardımlı rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Yardımlı rayonu Alar kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-995/2012 saylı, xx.xx.2019-cu il tarixli 2(002)-2625/2019 saylı, Yardımlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(038) 48/2025 saylı icra sənədinin, Yardımlı rayon notariat ofisinin xx.xx.2024cü il tarixli, 8İ-4224 saylı icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və X2 böyük icra məmuru X5 tərəfindən Şəxsın barəsində İXM-nin 528.1-ci maddəsi ilə 27 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Kapital Bank ASC-yə 130 manat ödəniş etmiş, lakin pandemiya dövrü başladıqdan sonra iş olmadığından ödəniş edə bilməmişdir. Borclar həmin vaxtdan yığılıb qalmışdır. Daha sonra Rusiya Federasiyasında olmuş və oradan tələbkara pullar göndərmiş, lakin çeklərinin təqdim edə bilmir. Azərbaycana qayıtdıqdan sonra birlikdə yaşamışlar, tələbkarın xərclərini ödəmişdir. Borc 2019-cu ildə yığılıb qalan borcdur. 2024cü ilin dekabr ayınd ayağını əzdiyindən işləməmiş və ödəniş etməmişdir. borclarının tam ödənilməsi üçün ona 2-3 ay vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında Yardımlı Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-995/2012 saylı, xx.xx.2019-cu il tarixli 2(002)-2625/2019 saylı, Yardımlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(038) 48/2025 saylı icra sənədlərini, Yardımlı rayon notariat ofisinin xx.xx.2024cü il tarixli, 8İ-4224 saylı icra qeydini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Şəxs tələbkar Kapital Bank ASC-yə 677.95 manat, Ferrum Kapital QSC-yə 133.9 manat,X1 aliment borcu 13950 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(002)-995/2012 saylı icra sənədindən görünür ki, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment ondan alınaraq X1 verilməlidir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2625/2019 saylı icra sənədindən görünür ki, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment ondan alınaraq X1 verilməlidir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(038)-48/2025 saylı icra sənədindən görünür ki, Şəxs 103.5 manat pul və 30 manat dövlət rüsumu alınaraq Ferrum kapilat QSC-nin xeyrinə verilməlidir Yardımlı rayon notariat ofisinin xx.xx.2024cü il tarixli, 8İ-4224 saylı icra qeydindən görünür ki, Şəxs cəmi 677.85 manat pul alınaraq Kapilat Bank ASC-nin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 fevral 2026-cı il tarixdən saat 15:53-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(5-165)-77/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-77/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver