Məhkəmə qərarları › İş №3(5-165)-78/2026

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-78/2026

01.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-78/2026 01.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X7 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs - Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Yardımlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Yardımlı rayon Mənzil Kommunal Təsərrüfatı idarəsində fəhlə işləyən, əlilliyi olmayan, Yardımlı şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə Yardımlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2026-cı il tarixdə, saat 16 radələrində Yardımlı rayon polis şöbəsində barəsində olan materialların araşdırılması üçün polis şöbəsinə dəvət edilənən Şəxs şöbənin inzibat binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 28 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Yardımlı rayonu polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 bildirmişdir ki, Yardımlı şəhər sakini Şəxs xx.xx.2026-cı il tarixdə, saat 16 radələrində Yardımlı rayon polis şöbəsində barəsində olan materialların araşdırılması üçün polis şöbəsinə dəvət edilmiş, Yardımlı rayon polis şöbəsini inzibati binasının qarşısında xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, onu intizama dəvət edən polisin qanuni tələbini qəsdən pozduğuna görə Bəhruz Bağışov barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 16 radələrində barəsində olan materialın araşdırılması üçün polis şöbəsinə dəvət edilmiş, izahat verdikdən sonra şöbədən çıxarkən arxadan Yardımlı RPŞ-nin xidmət üzrə rəis müavini Şahid2 onu çağırmış, yenidən izahat verməyini və izahat vermək üçün arvadının da polis şöbəsinə gətirməyini bildirmişdir. Buna etiraz etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt o polis əməkdaşlarını söyməmiş, heç kimi təhqir etməmiş, lakin Şahid2lə bir birinin yaxasından yapışaraq mübahisə etmişlər. Barəsində qərar qəbul edərkən himayəsində yeni doğulmuş uşağının olmasını nəzərə alınmasını xahiş edir. Əlilliyi yoxdur. Özünü qismən təqsirli bilib, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin xidmət üzrə rəis müavini Şahid2 bildirmişdir ki, Yardımlı rayonu Şəfəqli kənd sakini X1 müraciəti əsasında Yardımlı şəhər sakini Şəxs şöbəyə dəvət edilmiş, izahatı alınandan sonra şöbənin qarşısında qayınatası Muxtarla ucadan nalayiq ifarədələr işlətmiş, ona yaxınlaşar intizama dəvət edən zaman Şəxs onun üzərinə yürümüş, onun yaxasından tutaraq onunla mübahisə etmişdir. Şəxs nizam intizama dəvət etsə də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonra həmin şəxsi Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid Yardımlı RPŞ-nin polis nəfəri, polis serjantı Şahid1 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Yardımlı RPŞ-nin buraxılış məntəqəsində xidmətdə olan zaman Şəxs buraxılış məntəqəsinin qarşısında ucadan nalayiq ifarədələr işlətmiş, xidmət üzrə rəis müavini Şahid2 ona yaxınlaşar intizama dəvət edən zaman Şəxs Şahid2 üzərinə yürümüş, onun yaxasından tutaraq onunla mübahisə etmişdir.Şahid2 Şəxs nizam intizama dəvət etsə də həmin şəxs qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonra həmin şəxsi Yardımlı rayon polis şöbəsinə gətirərək barəsində protokol tərtib etmişlər Məhkəmə iclasında şahid Yardımlı rayonu Şəfəqli kənd sakini X3 bildirmişdir ki, Şəxs onun kürəkənidir. Qızı ilə əlaqə saxlaya bilmədiyindən Yardımlı RPŞ-yə ərizə ilə müraciət etmiş və onun müraciəti əsasında Şəxs polis şöbəsinə dəvət etmişlər. Vaqif şöbədən çıxandan sonra buraxılış mətəqəsinin qarşısında onun bir az söhbət edəndən sonra, Vaqifi yenidən Şahid2 geri çağırmış və birdən onlar mübahisə etməyə başlamış, bir birinin yaxasından tutsalar da Vaqif Şahid2 və ya polisləri söyməmişdir. İş materiallarında ilan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 28 fevral 2026-cı il tarixdən saat 15:20-də inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun etirafedici izahatı ilə yanaşı inzibati xəta haqqında protokol və işdə olan sənədlərlə tam təsdiq olunur, lakin onun əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə il tarixdə, saat 16 radələrində Nəsirli X4 rayon polis şöbənin inzibat binasında nalayiq ifadələr işlətməklə onu intizama dəvət edən polisin qanuni tələbini qəsdən pozmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 75-ci maddəsinə əsasən: inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən: 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı pozan hərəkətlərin mövcudluğu məhkəmə iclasında verilmiş izahat, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübuta yetirilmir. Belə ki, istər inzibati xəta haqqinda protokoldan, istərsə də Şəxs və Şahid4 izahatlarından sonuncunun polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməsi sübut olunmur, bu da İXM-nin 510-cu maddəsinin tərkibini yaratmır. Buna görə də Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri özünün, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2026-cı il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Yardımlı rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar