Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-85/2026 05.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X6 ədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Yardımlı rayon mərkəzi xəsətəxanası publik hüquqi şəxsdə sanitar vəzifəsində işləyən, əlilliyi olmayan, Yardımlı rayonu Ökü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 05 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Ağayev X5 Apellyasiya Məhkəməsinin 2(106)-13/2021 saylı, xx.xx.2021-ci qətnaməsi üzrə icra sənədini icra etməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-13/2021 saylı, xx.xx.2021-ci qətnaməsinə əsasən ümumilkidə 939296.98 manat və 20 manat dövlət rüsumu X1 Kredit İttifaqından alınaraq Azərbaycan Respublikası Sahibkarlıq İttifaqı Fondu publik hüquqi şəxsə verilməlidir. X1 Kredit İttifaqının rəhbəri Şəxs olduğundan, ona borcun ödənlməsi barədə dəfələrlə xəbərdarlıq dilmişdir. Tələbkar şikayətçi olduğundan Şəxs barəsində protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmişdir. X1 Kredit İttifaqının borcu ümumilkidə 939296.98 manat və dövlət rüsumuna görə 20 manat təşkil. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-13/2021 saylı, xx.xx.2021-ci qətnaməsinə əsasən ümumilkidə 939296.98 manat və 20 manat dövlət rüsumu X1 Kredit İttifaqından alınaraq Azərbaycan Respublikası Sahibkarlıq İttifaqı Fondu publik hüquqi şəxsə verilməsi bərədə icra sənədindən xəbərdardır, həmin borclar 2012-2014-cü illərə aiddir. X1 Kredit İttifaqı vətəndaşlara kredit verib, onralı tələb edirlər, Yardımlı rayon məhkəməsində 12000 manat və Lerik rayon məhkəməsində 3000 manat borcdan ödənilmişdir. 2025-ci ilin iyul ayından səhətində problem olduğundan, ankoloji xəstə olduğundan ittifaqın rəhbəri vəzifəsində işləmir və bu barədə tərtib edilmiş protokolu məhkəməyə təqdim edir. Odur ki, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-13/2021 saylı, xx.xx.2021-ci qətnaməsinə əsasən ümumilkidə 939296.98 manat və 20 manat dövlət rüsumu X1 Kredit İttifaqından alınaraq Azərbaycan Respublikası Sahibkarlıq İttifaqı Fondu publik hüquqi şəxsin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. X2 Kredit İttifaqının idarə heyətinin xx.xx.2025-ci il tarixli 5 saylı protokolundan çıxarışdan görünür ki, Şəxs ittifaqın sədri vəzifəsindən azad edilmişdir. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs artıq xx.xx.2025-ci il tarixdən etibarən hüquqi şəxsin rəhbəri kimi fəaliyyət göstərmir. Belə olan halda isə sonuncunun İXM-nin 528.1-ci maddəsinin subyekti kimi çıxış etməsi istisna olunur. Digər tərəfdən icra məmurunun izahatından da müəyyən olunur ki, hüquqi şəxsin hesabına onun borcluları tərəfindən 15000 manatadək məbləğdə ödəniş edilmiş, həmin ödənişlər isə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabında saxlanılır. İcra məmuru isə həmin məbləğin hüquqi şəxsin borclarına yönəldilməsi ilə bağlı hər hansı icra tədbiri həyata keçirməmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin subyektinə aid cəhət - inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(5-165)-85/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-85/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver