Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-87/2026 07.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X14 sədrliyi, məhkəmə iclasının katibi XX katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X6 iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Yardımlı rayonu Bozayran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Yardımlı rayonu Bozayran kəndində qeydiyyatda olan, Xəzər rayonu Binə qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(038)-48/2013 saylı və xx.xx.2017-ci il tarixli 2(038)-08/2017 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yadımlı Rayon İcra və X5 böyük icra məmuru X11 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 07 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yardımlı rayon İcra və Probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X8 bildirmişdir ki, Abbasov X9 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(038)-48/2013 saylı və xx.xx.2017-ci il tarixli 2(038)-08/2017 saylı və xx.xx.2017-ci il tarixli 2(038)- 08/2017 saylı icra sənədinin icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs barəsində axtarış verilmiş və Yardımlı rayonu polis şöbəsinin əməkdaşları Şəxs gətirərək icra şöbəsinə təhvil vermişlər. Hazırda Şəxs aliment borcu tələbkar X1 13030 manat, X3 16950 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(038)-48/2013 saylı qətnaməsi ilə ondan bir uşağın saxlanılması üçün hər 100 manat sabit pul məbləğində aliment alınarq X4 xeyrinə, xx.xx.2017-ci il tarixli 2(038)-08/2017 saylı qətnaməsi ilə ondan iki uşağın saxlanılması üçün hər bir uşağa 75 manat olmaqla ümumilkidə 150 manat sabit pul məbləğində aliment alınarq X7 xeyrinə verilməlidir. Son 4 ildir ki, ankoloği xəstə olduğundan işləyə bilmir, 100 manata kirayədə qalır. Onun barəsində axtarış verilməsindən xəbəri olmamış, bildikdən sonra isə pulu olmadığından Yardımlı rayon icra və probasiya şöbəsinə gələ bilməmişdir. Xəstəliyini nəzərə alıb ona yüngül cəzə verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(038)-48/2013 saylı qətnaməsi ilə Şəxs bir uşağın saxlanılması üçün hər 100 manat sabit pul məbləğində aliment alınarq X4 qızının xeyrinə verilməlidir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(038)-08/2017 saylı icra sənədindən görünür ki, Şəxs iki uşağın saxlanılması üçün hər bir uşağa 75 manat olmaqla ümumilikdə 150 manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə verilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(038)-06/2022 saylı qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(038)-110/2022 saylı qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tututlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 07 mart 2026-cı il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(5-165)-87/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-87/2026
07.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver