Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-88/2026 10.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X9 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonu Gügəvar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, fərdi əməklə məşgul olan, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(038)-273/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, əlilliyi olmayan, Yardımlı rayonu Gügəvar kəndində qeydiyyatda olman və yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəfərov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-145/2023, 2(038)- 146/2023 və 2(038)-147/2023 saylı icra sənədlərini üzrlü səbəb olmadan icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(038)-273/2025 nömrəli qərarı ilə barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, həmin qərarın qanuni qüvvəyə minməsindən 1 il keçməmiş eyni icra sənədini təkrarən üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 10 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Şəxs barəsində Yardımlı rayon İcra və Probasiya şöbəsinin icraatına Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-145/2023, 2(038)-146/2023 və 2(038)- 147/2023 saylı icra sənədlərini daxil olmuşdur. İcra sənədləri üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmişdir. 2025-ci il tarixdə Şəxs barəsində İXM-nin 528.1-cü maddəsi ilə protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmiş, Məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(038)-273/2025 nömrəli qərarı ilə Şəxs barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. 6 aydır ki, ödəniş etmir, tələbkarlar şikayətçidirlər, icra şöbəsinə gəlmədiyinə görə barəsində axtarış verilmiş, polis əməkdaşları tərəfindən gətirilb yardımlı rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırda Şəxs tələbkarlara ümimilikdə borcu 5925 manat təşkil edir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, demək olar ki, borcunun yarısını ödəmişdir, uşaqlarının maddi ehtiyaclarının ödədəiyiindən və bir müddət işləmədiyindən borcunu ödəyə bilməmişdir. Təzə vaxta işə düzəldiyini bildirərək, 5 aya börcunu tam ödəyəcəyinə söz verərək və ona vaxt verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-145/2023saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5200 manat və dövlət rüsumuna görə ödənilmiş 75 manat alınaraq iddiaçı X1 ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-146/2023saylı icra sənədinə əsasən cavabdeh Şəxs 3200 manat və dövlət rüsumuna görə ödənilmiş 55 manat alınaraq iddiaçı X2 ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(038)-147/2023saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2300 manat və dövlət rüsumuna görə ödənilmiş 45 manat alınaraq iddiaçı X4 ödənilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton Məhkəmə Portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(038)-273/2025 nömrəli qərarından görünür ki, Şəxs barəsində 8(səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun izahatı ilə yanaşı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və ona əlavə edilmiş işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs xx.xx.2023-cü il tarixli 2(038)-145/2023, 2(038)-146/2023 və 2(038)-147/2023 saylı icra sənədlərini üzrlü səbəb olmadan icra etmədiyinə görə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(038)-273/2025 nömrəli qərarı ilə barəsində 8 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq bununla bağlı təkrarən üzrlü səbəbdən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 mart 2026-cı il tarixdən saat 18:17-dən-dan hesablansın. Qərarın icrası Yardımlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(5-165)-88/2026
Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-88/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver