Azərbaycan Respublikası adından Qərardad Yardımlı rayonu İş № 3(5-165)-90/2026 17.03.2026 YARDIMLI RAYON MƏHKƏMƏSI Yardımlı Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin ** saylı X2 Mərkəzinin ## #### 2025-ci il tarixli, MN ******* saylı protokolu və ## #### 2026-cı il tarixli MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə Yardımlı Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: * saylı RETSİ-nin rəisi X1 ## ### 2026-cı il tarixli, MN ******* saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 257-cı maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, ** saylı X2 Mərkəzi tərəfindən inzibati xətalar haqqında ## #### 2025-ci il tarixdə MN ******* saylı protokolu və inzibati tənbehvermə haqqında ## #### 2026-cı il tarixli MN№******* saylı qərarı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ləğv edilməsi və inzibati xəta icraatının işi üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətində xahişinin nədən ibarət olduğunu tam aydın qeyd etməmiş, şikayətin «xahiş edirəm» hissəsində, ** saylı X2 Mərkəzinin ## #### 2026-cı il tarixli MN№******* saylı qərarının ləğv edilməsini tələb etsə də, şikayətə əlavə edilmiş sənədlərdə həmin orqanın deyil, * saylı RETSİ-nin qərarının mövcud olduğu müəyyən edilmişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Şikayətdə isə inzibati xəta haqqında protokolun və ya qərarın hansının ləğv edilməsi öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin ** saylı X2 mərkəzinin ## #### 2025-ci il tarixli, MN ******* saylı protokolu və ## #### 2026-cı il tarixli MN ******* saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(5-165)-90/2026
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №3(5-165)-90/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver