Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-216/2026 27.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Ruqiyyə Ülfət qızının sədrliyi, Kazımov Amil Zahid oğlunun katibliyi, Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 27 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs internetdə qanunsuz qumar oyunları oynamışdır. Baxış zamanı Şəxs “MostBet” proqramında onlain qaydada qanunsuz qumar oyununda dəfələrlə iştirak etməsi, həmin oyuna pul köçürməsi edərək dəfələrlə qumaroyunu oynaması, həmçinin xx.xx.2026-cı ildə 17.44 manat, 16.64 manat, 4.50 manat, xx.xx.2026-cı ildə 10 manat , 5.19 manat, 3.67 manat, 9.50 manat olmaqla cəmi 66 manat 94 qəpik pul qazanaraq həmin hesabdan çıxarış etməsi müəyyən olundu. Baxışda iştirak edən Şəxs qumar oyununda iştirak etməsini səmimi olaraq qəbul etdi. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3 çıxış edərək bildirmişdir ki, baxış zamanı Şəxs “MostBet” proqramında onlain qaydada qanunsuz qumar oyununda dəfələrlə iştirak etməsi, həmin oyuna pul köçürməsi edərək dəfələrlə qumaroyunu oynaması, həmçinin xx.xx.2026-cı ildə 17.44 manat, 16.64 manat, 4.50 manat, xx.xx.2026-cı ildə 10 manat , 5.19 manat, 3.67 manat, 9.50 manat olmaqla cəmi 66 manat 94 qəpik pul qazanaraq həmin hesabdan çıxarış etməsi müəyyən olundu. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, hazırda o yuxarıda göstərilən ünvanda yaşayır xx.xx.2026-cı ildə Yevlax Rayon Polis Şöbəsinə gətirildi bununla bağlı onu deyir ki, o ona məxsus olan Samsung Galaxy A10 markalı telefonla “MostBet” qumar proqramında muxtəlif vaxtlarda qanunsuz qumar oynayıb. Həmən müddət ərzində müəyyən məbləğdə udub və uduzub. Əməlindən peşman olduğunu, belə hallara yola verməyəcəyini bildirmiş və məhkəmədən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 27 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “MostBet” proqramında onlayn qaydada qanunsuz qumar oyununda dəfələrlə iştirak etməsi, həmin oyuna pul köçürməsi edərək dəfələrlə qumar oyunu oynaması, həmçinin xx.xx.2026-cı ildə 17.44 manat, 16.64 manat, 4.50 manat, xx.xx.2026-cı ildə 10 manat , 5.19 manat, 3.67 manat, 9.50 manat olmaqla cəmi 66 manat 94 qəpik pul qazanaraq həmin hesabdan çıxarış etməsi müəyyən olundu. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş (İXM 32.1.1) və ağırlaşdıran müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasının hədləri daxilində oyun zamanı qazanılmış uduş müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, oyun zamanı qazanılmış 66 manat 94 qəpik məbləğində uduş müsadirə edilməklə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Ruqiyyə Cəfərova
Məhkəmə qərarları › İş №3(5-166)-216/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-216/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver