Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-224/2026 28.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X14 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi PHŞ 54 nömrəli "xxxx" MMC-də usta vəzifəsində çalışan, Yevlax rayonu Yevlax rayonunun Malbinəsi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2026cı il tarixdə, saat 00:10 radələrində Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, polis əməkdaşı 18 yanvar 2026-cı il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Şəxs həmin tarixdə X1, X7, X4 və Şəxs Yevlax rayonunun Malbinəsi kəndi ərazisində Yol Patrul Xidməti əməkdaşlarının tələblərinə qəsdən tabe olmadıqlarını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, adı çəkilən digər üç nəfər şəxs barəsində xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə tərəfindən inzibati qaydada tənbeh edilmiş, lakin Şəxs Bakı şəhərində olduğundan və o Yevlax rayonuna xx.xx.2026-cı il tarixdə gəldiyindən barəsində məhz bu tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Yevlax rayonunun Malbinəsi kəndində yaşayır və "xxxx" MMC-də usta vəzifəsində çalışır. xx.xx.2026-cı il tarixdə idarə etdiyi “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən Yol Patrul Xidməti əməkdaşı saxla əmri vermişdir. Avtomobili etibarnamə olmadan oradan uzaqlaşmış və yaşadığı evə getmişdir. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı X9 izahatında göstərdi ki, o, xx.xx.2026-cı il tarixdə, saat 00:10 radələrində Yevlax RPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Səxavət Quliyevlə birlikdə Yevlax rayon Malbinəsi kənd ərazisində xidmətdə olan zaman “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydası pozuntusu etdiyi üçün tərəflərindən müşahidə olunmuşdur. Buna görə sayrışan işıq və xüsusi səs siqnalı vasitəsilə saxla işarəsi vermişlər və həmin zaman avtomobilin sürücüsü polisin saxla işarəsinə məhəl qoymayaraq sürətini artıraraq ərazidən uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sürücü onlardan yayınmağa cəhd göstərmişdir. Daha sonra qeyd edilən avtomobil dayanmış və içərisindən 3 nəfər sərnişin düşərək onun və Səxavət Quliyevin üzərinə gələrək sürücünün oradan qaçmasına şərait yaratmışlar. Bundan sonra sürücü qaçaraq oradan uzaqlaşmışdır. Onlar həmin şəxslərə öz qanuni tələblərini izaht etmişlər, lakin sözügedən şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, ictimai yerdə nalayiq ifadələr və ünvansız söyüşlər işlədərək, onların xidməti vəzifəsini icra etməsinə mane olmuşlar. Onlar sözügedən şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də onlar öz qanunsuz əməllərini davam etmişlər. Daha sonra Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə həmin şəxslər rayon polis şöbəsinə gətirilmişlər. Rayon polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər X1, X7 və X3r. Şəxslərlə söhbət zamanı onların nəfəsindən spirtli içki qoxusu gəlmişdir. Həmçinin RPŞ-yə gətirilən şəxslərin deməsinə görə onların qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçaraq uzaqlaşan şəxs Şəxsdur. Verilmiş suala cavab olaraq bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs ondan üzr istəmişdir. Digər 3 nəfər şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol məhkəmədə baxılmış və məhkəmə qərarı ilə həmin şəxslər barəsində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yevlax RPŞ-nin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı Yusif Quliyev tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 18 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 00:10 radələrində Yevlax RPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Səxavət Quliyevlə birlikdə Yevlax rayon Malbinəsi kənd ərazisində xidmətdə olan zaman “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydası pozuntusu etdiyi üçün tərəflərindən müşahidə olunmuşdur. Buna görə sayrışan işıq və xüsusi səs siqnalı vasitəsilə saxla işarəsi vermişlər və həmin zaman avtomobilin sürücüsü polisin saxla işarəsinə məhəl qoymayaraq sürətini artıraraq ərazidən uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sürücü onlardan yayınmağa cəhd göstərmişdir. Daha sonra qeyd edilən avtomobil dayanmış və içərisindən 3 nəfər sərnişin düşərək onun və Səxavət Quliyevin üzərinə gələrək sürücünün oradan qaçmasına şərait yaratmışlar. Bundan sonra sürücü qaçaraq oradan uzaqlaşmışdır. Onlar həmin şəxslərə öz qanuni tələblərini izaht etmişlər, lakin sözügedən şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, ictimai yerdə nalayiq ifadələr və ünvansız söyüşlər işlədərək, onların xidməti vəzifəsini icra etməsinə mane olmuşlar. Onlar sözügedən şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də onlar öz qanunsuz əməllərini davam etmişlər. Daha sonra Post Patrul Xidməti əməkdaşlarının köməyi ilə həmin şəxslər rayon polis şöbəsinə gətirilmişlər. Rayon polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər X1, X7 və X3r. Şəxslərlə söhbət zamanı onların nəfəsindən spirtli içki qoxusu gəlmişdir. Həmçinin RPŞ-yə gətirilən şəxslərin deməsinə görə onların qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçaraq uzaqlaşan şəxs “Chevrolet Aveo” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxsdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidin izahatı, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmişdir. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyətini ağırlaşdırıan hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(5-166)-224/2026
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-224/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver