Məhkəmə qərarları › İş №3(5-166)-25/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-25/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-25/2026 06.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Yevlax Şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 yanvar 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-787/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli icra sənədindəki tələbi üzrlü səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Belə ki, borclu Şəxs tələbkarın xeyrinə olan 5650 manat 50 qəpik borcu ödəmişdir. Borclunun izahatı alınmış icra şöbəsinə dəvət edilmiş icra şöbəsinə gəlməkdən boyun qaçırışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, özünün iki ildir ki, işləmədiyini heç bir yerdən alavə gəlirinin olmadığını, ürək xəstəliyindən əziyyət çəkdiyini, hər ay 20 manat ödəniş edə biləcəyini, bu səbəbdən də borcu ödəyə bilmədiyini, valideynlərindən miras qalmış Yevlax rayonu Xanabad kəndində yerləşən evdə yaşadığını, yaşadığı evin həyatyanı sahəsinin 20 sot olduğunu, həmin torpaq sahəsindən tələbkara borc pulun əvəzinə 6-7 sot torpaq sahəsi verəcəyini bildirmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ilə icra məmuru tərəfindən telefon əlaqəsi yaradılmış, tələbkar danışıq zamanı səhhəti ilə əlaqədar Rusiya Federasiyasında olduğunu borcun ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-787/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə yaranmış 5650 manat 50 qəpik borcu ödəməkdən yayınmışdır; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-787/2024 saylı, icra vərəqəsinə əsasən tərəflərin birgə nikah müddətində əldə etdikləri Vaz 21723 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri olan 11000 (on bir) manatın yarısı 5500 manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi müəyyən olunmuşdur. İcraata başlama haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-787/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin 06 fevral 2024-cü il tarixli 364524 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs xəbərdarlıq məktubunu qəbul etmiş və imzalamışdır. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin 12 iyun 2025-ci il tarixli 364524 nömrəli cinayət xəbərdarlığı məktubundan görünür ki, borclu Şəxs cnayət xəbərdarlığı məktubunu xəbərnamə vasitəsilə 15 iyul 2025-ci il tarixdə qəbul etmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 3(039)-734/2025 nömrəli, 08 may 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 8(039)-239/2025 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsinə dair Yevlax rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədi üzrə yaranmış borcun ödənilməməsini və icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə görə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar