Məhkəmə qərarları › İş №3(5-166)-285/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-285/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-285/2026 13.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X4, X1 iştirakı ilə, X2 Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilərək 100 manat cərimə borcunun silinməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarla əsassız olaraq 100 manat cərimə edilmişdi. O, heç bir pozuntuya yol verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X9 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, 16 yanvar 2026-cı il tarixdə maşında xəstə olduğu üçün bir qədər təlaşlı olsa da, yenə də yol boş olduğundan heç bir maşına mane törətmədən sola dönmüşdür. İnspektor onun arxasından gələrək onu saxlamış və ona qaydaları pozduğunu bildirmişdir. Lakin o, öz etirazını bildirərək belə bir halın beş vermədiyini demişdir. Həmçinin video görüntü tələb etmiş, ona heç bir video görüntü göstərilməmişdir. Məhkəmə iclasında Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə xidmətdə olarkən Tahir Nadirovun törətdiyi inzibati xəta hadisəsini vizual olaraq görmüş, xidməti maşında olan kamera vasitəsi ilə hadisənin videogörüntüsünü qeydə almış və Tahir Nadirovu saxlayaraq onun barəsində protokol tərtib etmişdir. Sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulmasını təsdiqləyən görüntüləri məhkəməyə təqdim edir və həmin videogörüntüyə baxış keçirdikdə Tahir Nadirovun yolayrıcını keçmə qaydalarını pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol vermədiyi açıq aşkar görünür. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2026-cı il tarixində, saat 10:02-də Yevlax şəhəri, H.Əliyev prospektində “HAWAL H6 HEV minik” markalı, ** QF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 100 manat məbləğində cərimələnmişdir. Məhkəməyə təqdim edilmiş 1 ədəd “CD-R” formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixində, saat 10:02-də “HAWAL H6 HEV minik” markalı, ** QF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolayrıcını keçmə qaydalarını pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir; “Yol hərəkəti haqqında” qanunun 76-ci maddəsinin İ bəndinə əsasən, relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2026-cı il tarixində, saat 10:02-də Yevlax şəhəri, H.Əliyev prospektində “HAWAL H6 HEV minik” markalı, ** QF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və n100 manat məbləğində cərimələnmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X7 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta hadisəsinin videogörüntüsünə baxış keçirən zaman müəyyən olmuşdur ki, xx.xx.2026-cı il tarixində, saat 10:02-də “HAWAL H6 HEV minik” markalı, ** QF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yolayrıcını keçmə qaydalarını pozaraq svetoforun yaşıl işığında sola dönərkən, qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol vermədən hərəkətini davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə X7 məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən yayınmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs qanunvericilikdə nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Yevlax rayon X11 yol polisi bölməsi, yol patrul xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar