Məhkəmə qərarları › İş №3(5-166)-29/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-29/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-29/2026 05.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 AR Daxili İşlər nazirliyinin Baş X10i İdarəsi tərəfindən inzibati xəta haqqında” qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31705613 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 32329043 nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində AR Daxili İşlər nazirliyinin Baş X10i İdarəsi tərəfindən inzibati xəta haqqında” qəbul edilmiş xx.xx.2025ci il tarixli EQ 31705613 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025ci il tarixli EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 32329043 nömrəli qərarı (protokol) əsassız olduğundan ləğv edilməsi barədə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR DİN-nin Baş X10inin xx.xx.2025-ci il tarixli, EQ 31705613 nömrəli qərarı ilə onun əməli Bakı-Qazax yolu 262.2-ci km Qazax ərazisində inzibati xəta törədilməsi kimi qiymətləndirilərək, AR İXM 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km\saat nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vastəsinin idarə edilməsi" kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, AR DİN-nin Baş X10i tərəfindən inzibati xəta haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32121946 nömrəli qərarı ilə (protokolda) X3 əməli Mingəçevir şəhər Samux küçəsi Mingəçevir ərazisində inzibati xəta törədilməsi kimi qiymətləndirilərək, yəni "328.3. yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km\saat həddində aşmağa görə 332.3 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi" kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, AR DİN-nin Baş X10i tərəfindən inzibati xətə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32242797 nömrəli qərarı ilə onun əməli 7 km ərazisində inzibati xəta törədilməsi kimi qiyməlləndirilərək, AR İXM-nin 346.1-ci maddəsi ilə, yəni 346.2-ci və 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə 332.3-cü nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, ARDİN-nin Baş X10i tərəfindən inzibati xəta haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli. EQ 32234346 nömrəli onun əməli Yevlax şəhəri Nizami prospekti 7 saylı məktəbin yaxınlığı mərkəzi ərazisindəinzibati xəta törədilməsi kimi qiymətləndirlərək, ARİXM-nin 328.1-ci maddəsi ilə yəni "328.1-ci yolda müəyyən edilmiş hərəkət sürəti 10-20 km saat həddində aşmağa görə 332.3nəqliyyat vasitəsini idarə etmək məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa, AR DİN-nin Baş X10i tərəfindən inzibat xəta haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, onun əməli inzibati xətalar məcəlləsinin 328.1-ci maddəsi ilə hərəkət surəti 10-20 km saat həddində aşmağa görə 332.3-cü nəqliyyat vasitəsinin idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi kimi qiymətləndirilmiş və 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Bütün bunları bildirərək qeyd edir ki. AR DİN-nin Baş X10 tərəfindən inzibati xəta haqqında qəbul edilmiş inzibati hüquq pozma barədə işə araşdırarkən qanunvericiliyin tələblərinə düzgün riayət etməmiş və son anda qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etməklə onun hüquqlarını pozmuşdur. O, 44 günlük Vətən müharibəsi iştirakçısdır. Hal-hazırda “ANAMA” mina təmizləmə agentliyində işləyir və Ağdam ərazisində minə təmizləmə işləri ilə məşğuldur. O, 2025-ci ilin noyabr ayı ərzində Ağdam ərazisində mina təmizləmə işləri ilə məşğul olmuşdur. Cərimə cəzaları tətbiq edilmiş “Hunday İX-35 minik” markalı, **-NV- *** nömrə nişanlı avtomobil dostu X1 məxsusdur və hazırda onun istifadəsindədir. Vüqar Şahbazlının avtomaşının idarə etmək üçün etibarnamə vermişdir. Bu səbəbdən də bütün cərimələr onun adına gəlmişdir. Həmçinin cərimə cəzaları tətbiq edilmiş “FORD FUSİON” minik markalı, ** BV *** nömrə nişanlı avtomobil isə atası X4 məxsusdur və hazırda onun istifadəsindədir. Həmin avtomobilə dair ona idarəetmə etibranaməsi verildiyindən həmin avtomobilin də bütün cərimləri onun adına gəlmişdir. AR DİN-nin Baş X10 tərəfindən inzibati xəta haqqında qəbul edilmiş qərarların ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edərək bildirmişdir ki, halhazırda “ANAMA” mina təmizləmə agentliyində işləyir və Ağdam ərazisində minə təmizləmə işləri ilə məşğuldur. Qeyd olunan avtomaşınların onun dostunun və atasının olduğunun idarə etmək üçün ona etibarnamə verildiyini və cərimələr isə onun adına gəldiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli EQ31705613 nömrəli qərar üzrə cəriməni dostu ödəmişdir. Lakin digər cərimələr ödənilməmişdir. Daxili İşlər nazirliyinin Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş qərarların ləğv olunması və cərimənin silinməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31705613 nömrəli protokol ilə İXM-nin 328.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 32121946 nömrəli protokol ilə İXM-nin 328.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 32242797 nömrəli protokol ilə İXM-nin 346.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 32234346 nömrəli protokol ilə İXM-nin 328.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 32329043 nömrəli protokol ilə İXM-nin 328.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş xətanın törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 32329043 nömrəli elektron qərarlarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət həmin hissədə əsaslıdır. Lakin xx.xx.2025-ci il tarixli EQ 31705613 nömrəli nömrəli elektron qərar ödənildiyindən həmin hissədə şikayət təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 32329043 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025ci il tarixli EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 32329043 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Daxili İşlər nazirliyinin Baş X10i İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 32121946 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32242797 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 32234346 nömrəli və xx.xx.2025-ci il tarixli EQ 32329043 nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirli Baş X10 İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar